XİN Dohaya hücuma dair açıqlama yaydı
Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi


26.08.2019  09:57 

“Transfer axtarışındayıq“ - Qurban Qurbanov





A+  A-

"Futbolçuları təbrik edirəm. Hər matç bizim üçün vacibdir. Oyunçular nizam-intizamı saxladılar. Rəqibə və baş məşqçiləri Sənan Qurbanova uğurlar arzulayıram. Ola bilər ki, onlarda hər hansı bir dəyişikliklər baş verib".
XəzərNews.az "Report"a istinadən xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın II turunda evdə "Qəbələ"ni 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis futbolçuların çıxışları barədə danışıb: "Araz Abdullayev görüşdə həvəssiz deyildi. Maqaye Qeyenin yaxşı keyfiyyətlərini bu gün gördüm. Hazırda formasından uzaqdır. Oyunçular bir-birini yaxşı başa düşdülər. Qarşıda daha da yaxşı Maqaye Qeye görə bilərik".

Təcrübəli məşqçi zədəli oyunların durumları barədə də açıqlama verib: "Bədavi Hüseynov fərdi məşqləri gücləndirib. Hələ ki, hazır deyil və bir az düzəlib. O, iki dəfə ardıcıl zədə aldı. Buna görə də diqqətli olmalıyıq. Yığmanın fasiləsindən sonra Bədavi Hüseynovu meydanda görə bilərik.

Filib Ozobiç isə 2 ay olmayacaq. İndi Xorvatiyadadır. Bir neçə həkimlə məsləhətləşdik. Zədəsi ağırdır. Düşünürəm ki, əməliyyat olunmayacaq və bir aydan sonra fərdi məşqlərə başlaya bilər".

Qurbanov yeni oyunçu axtarışında olduqlarını əlavə edib: "Transfer axtarışındayıq. Yarımmüdafiəyə oyunçu istəyirik. Avropa Liqasının qrupuna düşsək də, düşməsək də orta xəttə oyunçu istəyirik".

Məşqçi gənc oyunçu İsmayıl İbrahimli haqqında da xoş fikirlər söyləyib: "Mənim onun barədə fikrim pozitivdir. Oyun üslubumuza tam uyğundur. Amma iki oyunda meydanda olmaq tam hazır olmaq demək deyil. Daha çox işləməlidir. İsmayılın futbol mentaliteti yaxşıdır. Bizim kollektivə uyğun futbolçudur".

Xəbər 3102 dəfə oxunub.



09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +