Ryazan-Moskva neft kəmərində partlayış olub
AFFA hansı klubları cərimələdi?
AYNA əvvəlcə öz “aynasına“ baxmalıdır - Deputat
Muğam Müsabiqəsində yerimi pulla satdılar - İddia
Hollivud aktyoru Rusiyada biznes açır
Bu, nəticə əldə etməyin yeganə yoludur - Kreml rəsmisi
Fərhad Əhmədovun şirkətlərinin rəhbərlərinə “stop” qoyuldu
Sankt-Peterburqda Azərbaycan konsulluğu qarşısında təxribat
Əliyev-Putin görüşü ola bilərmi? - Peskovdan açıqlama
Sabiq deputat FHN-ni ittiham etdi


24.07.2025  13:19 

Zakir Fərəcov geyim alır - 395 min manatlıq şübhəli tender





A+  A-

Sumqayıt Şəhər İcra Hakimiyyəti xüsusi geyim və invertarların satın alınması ilə bağlı tenderə yekun vurub.

XəzərNews.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi "RASH.M.M. Trade and Services-2020" MMC seçilib. Satın alınacaq mallara görə şirkətə 395 913,6 manat ödəniləcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumçatlarında "RASH.M.M. Trade and Services-2020" MMC-nin 26 noyabr 2013-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 406 939 manat olan şirkətin hüquqi ünvanı Bərdə şəhəri, Nizami küçəsi, ev 115-də yerləşir. MMC-nin qanuni təmsilçisi Xudiyev Nadir Bilman oğludur.

"RASH.M.M. Trade and Services-2020" MMC 2020-ci ilədək "Reshad MME" adı altında fəaliyyət göstərib. Nadir Xudiyevə gəlincə, o, həm də "İS.M.M." MMC-nin qanuni təmsilçisdir.

İstər "RASH.M.M. Trade and Services-2020" MMC, istərsə də "İS.M.M." MMC satınalma müsabiqələrində fəal iştirtak edirlər və adətən iri məbləğli tenderlərin qalibi olurlar. Maraqlıdır ki, "RASH.M.M. Trade and Services" MMC-nin indiyədək qalib seçildiyi tenderlər təmir-tikinti və abadlıq işlərinin görülməsi ilə bağlı olub.

Dövlət satınalmalarının vahid elektron portalı üzərində apardığımız araşdırma zamanı məlum olub ki, şirkət 2023-2025-ci ildə 10 tenderin (bu yazıda bəhs edilən tender istisna olmaqla) qalibi olub. Bu tenderlər tikinti materialların satın alınması, küçə və yolların təmiri, yaşıllıqların salınması və abadlıq işləri ilə əlaqədar olub.

Beləliklə, aydın olur ki, MMC inşaat sektoru üzrə ixtisaslaşıb. Bu halda Sumqayıt Şəhər İcra Hakimiyyətinin "RASH.M.M. Trade and Services" MMC-dən geyim alması anlaşılan deyil. Şirkət haqqında açıq mənbələrdə də heç bir məlumat yoxdur. MMC-nin nə saytı, nə də əlaqə telefonları var.

Adətən tanınmayan, ictimaiyyətə qapalı şirkətlər tender oyunlarına cəlb edilmək üçün yaradılır. EhtiMal etmək olar ki, "RASH.M.M. Trade and Services-2020" MMC də bu tip şirkətlərdən biridir.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdur. O, 2015-ci ildən bu vəzifədədir. Ümumiyyətlə isə Zakir Fərəcov 20 ildir ki, icra başçısı vəzifəsindədir. O, icra başçısı kimi karyerasına 2005-ci ildə Abşeronun rəhbərliyinə təyinat almaqla başlayıb.

Xəbər 1106 dəfə oxunub.




27.08.2025  17:14 

iPhone 17 belə olacaq - Foto

27.08.2025  16:11 

AFFA hansı klubları cərimələdi?

27.08.2025  14:09 

Sabiq deputat FHN-ni ittiham etdi

27.08.2025  11:46 

Rusiya Xersonu oda bürüdü


BÜTÜN XƏBƏRLƏR +