Tramp və xanımı Melaniya Britaniyada səfərdədirlər
Ukrayna Belqorodu vurdu
Gürcüstan Azərbaycana olan borcunu tamamilə bağladı
Nazirlər ya telefonu götürmür, ya da... - Deputatdan sərt açıqlama
Prezident “Qarabağı“ təbrik edib
Tramp Polşa prezidentinə məktub göndərib
“Qarabağ” Bakıya qayıdıb
Cinayətdə şübhəli bilinən 63 nəfər saxlanılıb
Bakıda İsrail və Suriya görüşü keçiriləcək
Məktəbə gedən ana və iki övladını maşın vurub


09.07.2021  21:05 

Britaniyanın Əfqanıstandakı hərbi varlığı başa çatdı





A+  A-

Böyük Britaniyanın Baş naziri Boris Conson ingilis hərbçilərin əksəriyyətinin Əfqanıstandan çıxarıldığını və Britaniyanın adıçəkilən ölkədəki 20 illik hərbi varlığının başa çatdığını bəyan edib.
XəzərNews.az xəbər verir ki, Baş nazir Əfqanıstandakı 750 hərbçinin əksəriyyətinin ölkəyə geri qayıtdığını bildirib.

“Əfqanıstandakı beynəlxalq hərbi baza heç vaxt qalıcı xarakter daşımırdı. Biz və NATO müttəfiqləri hər zaman qüvvələrimizi geri çəkməyə hazırlaşırdıq. Yeganə sual bunun nə vaxt olacağı idi və indi bunun üçün ən mükəmməl andır”, - deyə Baş nazir qeyd edib.

Boris Conson vurğulayıb ki, Britaniya Əfqanıstanın inkişafı üçün 100 milyon, milli təhlükəsizlik və müdafiəsi üçün isə 58 milyon funt-sterlinq ayırıb.

Baş nazir onu da qeyd edib ki, “Taliban” hərəkatı son illərdə Əfqanıstanın çox əhəmiyyətli bir hissəsinə nəzarət edib, lakin Britaniya taliblərin bu dövrdə digər dünya ölkələrinə qarşı terror əməliyyatlarını başlatdığına şahidlik etməyib.

Xəbər 3941 dəfə oxunub.




17.09.2025  12:11 

Ukrayna Belqorodu vurdu

17.09.2025  10:49 

“Qarabağ” Bakıya qayıdıb

17.09.2025  01:20 

“Qarabağ” tarix yazdı


BÜTÜN XƏBƏRLƏR +