Kiyevdə rus casusu saxlanıldı
Polis 44 kiloqram narkotik vasitə aşkarlayıb
Peşə təhsil müəssisələrinə boş qalan yerlərə qəbul başlayır
Nəsiminin məzarı Suriyadan Azərbaycana gətirilir?
Mirzə İbrahimov: Sizin yoxsa, bizim...
Cahangir Novruzov ölkəni tərk etməyinin səbəbini açıqladı
Yanğının yaranma səbəbləri ilə bağlı araşdırma aparılır
Binəqədi və Nərimanovda işıq olmayacaq
Tramp: ABŞ artıq Ukraynaya pul xərcləmir
Üç ölkə arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə keçəcək


13.08.2025  12:40 

Prezident bu qanunu təsdiqlədi





A+  A-

Prezident İlham Əliyev "Xüsusi icra məmurları haqqında" Azərbaycan Respublikasının Qanunu imzalayıb.

XəzərNews.az xəbər verir ki, qanun 6 fəsil, 38 maddədən ibarətdir.

Qanun xüsusi icra məmurlarının fəaliyyətinin təşkili və fəaliyyətinə nəzarətlə bağlı ictimai münasibətləri, xüsusi icra məmurlarının hüquqi statusunu tənzimləyəcək.

Xüsusi icra məmuru qanunda nəzərdə tutulmuş məhkəmələrin və qanunla icrası icra məmurlarına həvalə edilmiş digər orqanların sənədlərinin icrasını həyata keçirmək üçün xüsusi icra məmuru şəhadətnaməsi (bundan sonra şəhadətnamə) almış fiziki şəxs olacaq. Xüsusi icra məmuru məcburi icra orqanı statusuna malik olacaq, fəaliyyətini peşəkar əsaslarla həyata keçirəcək. Xüsusi icra məmuru dövlət hakimiyyətinin nümayəndəsi hesab edilmir. Xüsusi icra məmurunun fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunmur.

Xüsusi icra məmurunun icra icraatı çərçivəsində qəbul etdiyi qərarlar hüquqi qüvvəsinə görə dövlət icra məmurunun qəbul etdiyi qərarlara bərabərdir. İcra sənədlərinin icrası ilə əlaqədar xüsusi icra məmurunun qanuni tələbləri Azərbaycan Respublikasının ərazisində bütün dövlət və bələdiyyə orqanları, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Xüsusi icra məmuruna icra sənədlərinin icrası ilə əlaqədar tələb olunan məlumatlar, sənədlər və onların surətləri dövlət və bələdiyyə orqanları, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər tərəfindən tam və vaxtında verilməlidir.

Xüsusi icra sistemi Azərbaycanın inzibati ərazi vahidləri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş mərhələlərdə tətbiq olunacaq.

Xəbər 651 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.08.2025  12:30 

Kiyevdə rus casusu saxlanıldı

25.08.2025  20:25 

Xocavənddə yanğın başlayıb


BÜTÜN XƏBƏRLƏR +