Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi
Polşa Azərbaycan U-19 millisini məğlub etdi


22.08.2025  14:07 

Bu küçə tamamilə piyadalar üçün olacaq





A+  A-

Paytaxtın iki geniş piyada zonası olan Fəvvarələr meydanı (“Tarqovı”) və Qış Parkının optimal şəkildə birləşdirilməsi imkanları təhlil olunub və layihə hazırlanıb.

XəzərNews.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, yaxın günlərdə İslam Səfərli küçəsi ilə bağlı layihənin icrasına başlanılacaq.
“Xatırladaq ki, 19–20-ci əsrlərə aid tarixi tikililərin əhatəsində olan İslam Səfərli küçəsi hazırda avtomobil xaosunun mərkəzindədir. Bu küçənin heç bir tranzit əhəmiyyəti yoxdur. Sakinlər və şəhərimizə gələn turistlər avtomobil sıxlığı səbəbindən bu küçədə yerləşən tarixi abidələrlə tanış ola bilmirlər. İslam Səfərli küçəsində səkilərin dar, piyada axınının isə çox olması səbəbindən bu ərazi faktiki olaraq avtomobilsiz hərəkət iştirakçıları tərəfindən geniş istifadə olunur.

Bütün bunları nəzərə alaraq, piyadalar arasında populyar ərazilər olan Qış Parkı və Fəvvarələr Meydanını əlaqələndirmək məqsədilə İslam Səfərli küçəsinin tamamilə piyadalaşdırılması nəzərdə tutulur”, - məlumatda deyilir.

Qeyd olunub ki, İslam Səfərli küçəsinin digər küçələrlə kəsişdiyi yerlərdə avtomobillər üçün xüsusi təhlükəsiz keçidlər yaradılacaq:

“Bəzi parklanma yerləri əlçatanlıq saxlanılmaqla kəsişən küçələrə köçürüləcək, əlavə yerlər təşkil ediləcək. Eyni zamanda, operativ və kommunal xidmət avtomobillərinin küçəyə daxil olması üçün şərait yaradılacaq”.

Xəbər 1464 dəfə oxunub.




09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +