“Görüş”də normativ tələblər pozulub
Yanukoviç indi niyə üzə çıxıb? - ŞƏRH
Donald Tramp “həyəcanlı“ açıqlama verəcək
“Azərkosmos“ 32,25 milyon manat zərər edib
Finlandiyada öldürülən azərbaycanlı iki uşaq anası olub
Cəzaçəkmə müəssisəsinə yeni rəis təyinatı olub
Ramazan Kadırov yeriyə bilmir
Sabahın hava proqnozu açıqlandı
10 aylıq körpəyə soda verdilər, öldü
Turizm Agentliyi niyə özünü gülüş obyektinə çevirir?


15.03.2018  11:43 

Britaniya Rusiyanın təklifini blokladı





A+  A-

Britaniya Skripalın zəhərlənməsi ilə bağlı Rusiyanın BMT Təhlükəsizlik Şurasına təklif etdiyi layihəni bloklayıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki nümayəndəliyinin təmsilçisi Fyodor Strjijovski danışıb.

Onun sözlərinə görə, Britaniya nümayəndə heyətinin təklif etdiyi dəyişikliklər BMT Təhlükəsizlik Şurasının bu məsələ ilə bağlı birliyini qorumaq üçün nəzərdə tutulan sənədin mənasını təhrif edib.

Qeyd edək ki, ötən gün Britaniyanın tələbi ilə BMT TŞ-də insident müzakirə olunub. Britaniyanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Culian Breytueyt Moskvanı Sergey Skripalı zəhərləməklə BMT nizamnaməsinin 2-ci bəndini pozmaqda ittiham edib.

“Bu, adi cinayət deyil, beynəlxalq qanunun pozulmasıdır. Rusiya “Noviçok” iflicedici zəhəri hazırlamaqla həmçinin kimyəvi silahların qadağan olunması haqqında konvensiyanı da pozub. Rusiya 2017-ci ilin sentyabrında kimyəvi silahların bütün ehtiyatlarının ləğv edilməsini bəyan etmişdi. Bu, konvensiyanın tələbindən 10 il gec baş tutdu. Rusiya bizə “Noviçok” haqqında heç bir məlumat verməmişdi. Bizə həmçinin Skripalın zəhərlənməsi ilə də bağlı heç bir tutarlı açıqlama verilməyib. Artıq təxmin edə bilərik ki, Rusiya özünün sinir iflicedici vasitəsinə nəzarətini itirib”, – deyə o bildirib.

Fransa XİN rəhbəri Britaniyanın cavab tədbirlərini dəstəklədiyini və Londonla birgə addım atmağa hazır olduğunu açıqlayıb.

Rusiya isə bütün ittihamları rədd edib.

Xəbər 3053 dəfə oxunub.



02.09.2025  13:23 

Ramazan Kadırov yeriyə bilmir

02.09.2025  12:55 

Sabahın hava proqnozu açıqlandı

02.09.2025  10:40 

Ukrayna Rostova hücum edib

01.09.2025  17:44 

Dəlixanada meyit aşkarlandı

01.09.2025  16:49 

Teymur Musayev nazirlikdən getdi


BÜTÜN XƏBƏRLƏR +