Ağdərədə yanğın törədən şəxslər saxlanılıb
Kikboksçu qadın restoranda həmcinsini niyə döyüb?
Səfirimiz geri çağrıldı
Qazaxıstanda həbslər: Nazir və iş adamı saxlanıldı
Azərbaycanda hava yağışlı keçəcək - Sabah
Gəliri bir ildə 20 milyon manat azalıb
“İş bağlanıb, hara istəyirsən şikayət elə!”
Rusiya paraflanmış sazişə nikbin yanaşır - Overçuk
Overçuk Azərbaycanda saxlanılan ruslardan danışdı
DİM yeni tələbə olanlara müraciət etdi


03.12.2020  16:07 

İrəvanda etirazçılar Paşinyana cinayət işinin açılmasını tələb edir





A+  A-

İrəvanda Nikol Paşinyana qarşı cinayət işi başlanmasını tələb edən aksiya keçirilib.
XəzərNews.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Baş prokurorluğun qarşısına toplaşan etirazçılar baş nazirin kapitulyasiya aktını imzalayaraq dövlətə xəyanət etdiyini, buna görə məsuliyyətə cəlb edilməli olduğunu bildirib.

“Müharibə ilə əlaqəli bir çox sual var - niyə bütün səfərbərlik resurslarından istifadə olunmadı, generalların niyə döyüş əməliyyatlarına girməsinə icazə verilmədi, niyə bütün növ silahlar döyüşlərə cəlb olunmadı, niyə ərazilər verildi? Prokurorluq bütün suallara cavab verməlidir və cinayət işi açmalıdır, ancaq bu qurum Paşinyana xidmət etməyə davam edir”,- deyə Ermənistanın “Milli Gündəm” partiyasının lideri Ara Akopyan jurnalistlərə bildirib.

Akopyan dövlətçiliyin və ölkənin ciddi bir təhlükə ilə üzləşdiyini deyib. Onun sözlərinə görə, ölkənin və vətəndaşların taleyi ilə bağlı qərarlar digər ölkələr tərəfindən verilir.

Akopyan hesab edir ki, parlamentdə baş nazirin impiçmenti prosesini başlatmaq, eyni zamanda başqa bir baş nazir və böhran hökuməti təyin etmək lazımdır.

“O, təslim sənədini imzalayan, xalqı və ölkəni təmsil edə bilməyən məğlub baş nazirdir. Paşinyan təhlükəsizlik zəmanəti gözləyir, amma kimdən bəlli deyil. Bəlkə də xarici tərəfdaşlarından. Biz icazə verdiyimiz vaxta qədər o, hakimiyyətdə qalacaq, bu səbəbdən biz ictimai təzyiqlərə müraciət etməliyik”,- deyə Akopyan qeyd edib.

Xəbər 3570 dəfə oxunub.




04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı

04.09.2025  10:00 

Yeniyetmə su kanalında boğulub


BÜTÜN XƏBƏRLƏR +