“Rəvan Sığorta”nın vergi borcunu kim ödəyəcək?
İsa Həbibbəylinin rəis qızı işdən çıxarıldı
Pezeşkian Putinə “3+3” dialoq formatını təklif edib
Moskva, Kiyev və Vaşinqton... - Təmaslar davam edir
Rəqsanənin ərinə də cinayət işi açıldı
Anbarı yanan “Supertoys”un dövlətə bu qədər borcu var
Ukraynada hava həyəcanı: Ballistik təhlükə var
“Sədərək”dəki yanğın tam söndürülüb - FHN
Şıxlınski “quş hinini xatırladan” kamerada saxlanılır
Rusiya qazı Azərbaycandan İrana nəql olunacaq


07.03.2018  12:18 

Üç məktəblini maşın vurdu





A+  A-

Abşeronda 3 məktəblini maşın vurub.
XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə martın 6-da Ceyranbatan qəsəbəsində baş verib. Hazırlıqdan çıxan 11-ci sinif şagirdləri yolu keçən zaman “BMV” markalı avtomobil tərəfindən vurulub. Şagirdlərin 1№-li tam orta məktəbdə təhsil aldıqları bildirilib.

Məsələylə bağlı məktəbin direktoru Çinarə Atayeva ilə əlaqə saxladıq. Hadisəni təsdiq edən direktor şagirdlərin vəziyyətinin hazırda qənaətbəxş olduğunu deyib:

“Bir neçə sayt yazıb ki, hadisə şagirdlər dərsdən çıxan zaman baş verib. Bu, yanlışdır. Qəza 19:40 radələrində baş verib və bu zaman şagirdlərimiz hazırlıqdan çıxırlar. Yaralanan 3 gəncdən Aygün Rufullayeva və Nəzrin Canbirova ayağından xəsarət alıb. Xədicə Məmmədzadə isə başından travma alıb və tomoqrafiya olunacaq”.

Xəbər 3103 dəfə oxunub.




25.08.2025  11:11 

Norveçin baş naziri Kiyevə gəlib

25.08.2025  10:35 

Vladimir Bazarov saxlanılıb

25.08.2025  10:25 

Bakı və Abşeron toza büründü


BÜTÜN XƏBƏRLƏR +