Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi
Polşa Azərbaycan U-19 millisini məğlub etdi


03.09.2025  11:04 

İsrail Qəzzanı ələ keçirmək üçün quru əməliyyatı başlatdı





A+  A-

İsrail qoşunları Qəzzanı ələ keçirmək üçün quru əməliyyatına başlayıb.

XəzərNews.az “ABC News” telekanalına istinadla xəbər verir ki, bu barədə İsrail ordusunun baş qərargah rəisi Eyal Zamir səfərbər edilmiş ehtiyatda olan əsgərlərə müraciət edərkən deyib.

“Əməliyyatımızda zərbələrimizi gücləndirəcəyik və buna görə də, sizi çağırdıq. Artıq Qəzzada quru əməliyyatına başlamışıq”, - o qeyd edib.

İsrailin baş naziri Binyamin Netanyahu da ehtiyatda olan əsgərlərə müraciət edib.
Netanyahu videomüraciətində, "Sizə, İsrail ordusunun əsgərlərinə, ehtiyatda olan əsgərlərə və ailələrinizə dərin təşəkkürümü bildirmək istəyirəm. İndi həlledici mərhələdəyik. Mən sizə inanıram, sizə güvənirəm və bütün xalq sizin arxanızdadır”, - deyib.

Qeyd edək ki, Təl-Əviv avqustun əvvəlində Qəzzaya tam nəzarəti bərqərar etmək qərarını vermişdi.

Xəbər 1612 dəfə oxunub.




09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +