Üç ölkə arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə keçəcək
Ukraynaya ABŞ-dan 1 milyard dollarlıq...
Məni zarafatla Avropanın prezidenti adlandırırlar
Tramp Rusiya-Ukrayna müharibəsinin səbəbini açıqladı
BQXK Azərbaycanda fəaliyyətini tezliklə dayandıracaq
Daha bir general vəzifədən GETDİ -FOTO
Zelenski Avropadan ayda 1 milyard dollar gözləyir
Yataqxanada yanğın: 3 nəfər tüstüdən zəhərlənib
“İlham, siz böyük lidersiz” - Trampdan hədiyyə
“Rəvan Sığorta”nın vergi borcunu kim ödəyəcək?


13.10.2023  10:12 

Araik konyak zavodunda gizlənirmiş...





A+  A-

44 günlük müharibədə Gəncə və digər şəhərlərə raketlərin atılması və mülki insanların qətlə yetirilməsi əmrini verən separatçı Araik Arutyunyanın Qarabağada harada ələ keçirildiyinə dair yeni məlumatlar yayılıb.

Xəzərnews.az xəbər verir ki, erməni jurnalist Tatul Akopyan Arutyunyanın Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən konyak zavodunda həbs edildiyini iddia edir.

“Mən Arkadi Qukasyan və Bako Saakyanın necə həbs edildiyi ilə bağlı məlumatlar yaymışdım. David İşxanyan da onların yanında olub. Daha bir detalı qeyd etmək istəyirəm. Qukasyan, Saakyan və İxşanyan Rusiya sülhməramlılarının qərargahını tərk edərək, keçmiş (qondarma-red) “daxili işlər naziri” Karen Sarkisyanın Xankəndidəki evinə gediblər.

Azərbaycan DTX-si da onları məhz orada ələ keçirib. Araik Arutyunyan isə Xankəndidə səhmdarlarından biri olduğu konyak zavodunda həbs olunub. Əldə etdiyimiz məlumata görə, Araik konyak zavodunda gizlənirmiş. Azərbaycan DTX-sinin xüsusi təyinatlı qrupu Tumanyan (ermənilərin Xankəndi küçələrindən birinə bu adı vermişdi) küçəsində yerləşən zavodda əməliyyat keçirərək, onu həbs ediblər, daha sonra Bakıya aparıblar”, - erməni jurnalist bildirir.//publika.az

Xəbər 2948 dəfə oxunub.



25.08.2025  20:25 

Xocavənddə yanğın başlayıb


BÜTÜN XƏBƏRLƏR +