Maddi yardım adı ilə dələduzluq
Bakıda oğul anasının qətlində şübhəli bilinir
Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb
PTX mayoru Erkin Ələkbərov vəfat edib
İcmadan istefa verdi
Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var
Bu yerüstü keçid ya hotelə aparır, ya da ölümə - Bakıda
Harada?: Budapeşt, Cenevrə, İstanbul və Vyana...


30.04.2020  14:17 

Xalq artistindən sevgi etirafı: “Onsuz yaşaya bilmərəm“





A+  A-

"Sevgi hissi insana hər yaşda lazımdır. Sevgisiz insan yaşaya bilməz, robot olar. İnsan doğulandan ömrünün sonuna qədər sevgi ilə müşayiət olur".
XəzərNews.az xəbər verir ki, bu sözləri Xalq artisti Mənsum İbrahimov "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib. Muğam ifaçısı sevgidən, qısqanclıqdan söz açıb:

"Hər bir normal insan kimi məndə də qısqanclıq hissi var. İstəkdən gələn bir hissdir. Həm də Azərbaycan səhnəsinin Məcnunuyam. Təbiidir ki, qəlbimdə istək, qısqanclıq olsun. Amma çərçivədə... İnsan ailə quranda düşünməlidir, götür-qoy etməlidir. Çünki həyatının yoldaşını seçir. Mənim hüzur tapdığım yer ailəmin yanıdır. İşimdə bir ədalət tərəzisi var. Hər zaman çalışıram ki, düzgün qərar verim. Həyatda çalışıram ki, peşman olmyım".

M.İbrahimov heç bir biznesi olmadığını söyləyib:

"Sənət adamı kimi başqa yerdən gəlirim yoxdur. Sənətimlə dolanıram. İş adamı deyiləm, mənəviyyatca zəngin biriyəm. Bu da mənə hüzur verir".

Xəbər 3325 dəfə oxunub.




22.08.2025  18:01 

İcmadan istefa verdi

22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +