Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var
Bu yerüstü keçid ya hotelə aparır, ya da ölümə - Bakıda
Harada?: Budapeşt, Cenevrə, İstanbul və Vyana...
Aqrar Xidmətlər Agentliyi 128 min manatlıq kreslo alacaq
Bu küçə tamamilə piyadalar üçün olacaq
“Yango“ ilə yemək sifarişi baha başa gəldi
Azərbaycan kimdən təhlükə gözləyir?
Bu nəticələr adamı dəhşətə gətirir - Sabiq deputat
Kremldə əsl ağa kimdir: Putin yoxsa Lavrov?


13.10.2018  09:34 

Kadırovdan həbs edilən futbolçulara təklif





A+  A-

Çeçenistan lider Ramzan Kadırov Rusiyanın birinci kanalının aparıcısı Olqa Uşakovanın sürücüsünə və avtomobil sənayesi departamentinin direktoru Denis Paka qarşı xuliqanlıq etdikləri üçün həbs edilən futbolçular Pavel Mamayev (“Krasnodar”) və Aleksandr Kokorinlə (“Zenit”) bağlı danışıb.
XəzərNews.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, o, həmin futbolçuları həbsdən çıxdıqdan sonra sahibi olduğu “Axmat” klubunda görmək istədiyini bildirib:

“Mən klub rəhbərliyi ilə danışdım. Cinayət işinin istənilən nəticəsindən asılı olmayaraq Kokorin və Mamayevi komandamızda görmək istəyirik”.

Kadırov bu addımı onlara dəstək məqsədilə atdığını belə izah edib:

“Biz səhvləri düzəltməyə çalışırıq. Bundan sonra qarşıda iki yol var və onların taleyi xalqın seçəcəyi yoldan asılıdır. Bəli, onlar qəbuledilməz hərəkət ediblər. Amma həyat burada bitməməlidir. Biz onları yenidən qazanmalıyıq”.

Qeyd edək ki, Kokorin və Mamayev etdiklərə hərəkətə görə 2 aylıq həbs cəzasına məruz qalıblar.

Xəbər 3199 dəfə oxunub.




22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +