Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb
PTX mayoru Erkin Ələkbərov vəfat edib
İcmadan istefa verdi
Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var
Bu yerüstü keçid ya hotelə aparır, ya da ölümə - Bakıda
Harada?: Budapeşt, Cenevrə, İstanbul və Vyana...
Aqrar Xidmətlər Agentliyi 128 min manatlıq kreslo alacaq
Bu küçə tamamilə piyadalar üçün olacaq


20.10.2017  09:24 

Nazirlikdən əhali arasında yayılan xəstəliklə bağlı açıqlama





A+  A-

Azərbaycanda bu ilin 9 ayı ərzində kəskin respirator virus infeksiyalarına yoluxma səviyyəsi keçən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz azalıb.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.Onun sözlərinə görə, oktyabrın ötən 2 həftəsi ərzində də xəstələnmə səviyyəsi ötən ilin müvafiq dövründəki səviyyə ilə eyni olub:

"Respublika üzrə qeydə alınan yoluxma hadisələri barədə mərkəzə məlumatlar verilir. Məlumatların təhlili göstərir ki, kəskin respirator virus infeksiyalarının artımı hələ müşahidə olunmur, vəziyyət stabildir. Yəni, xəstəlik sayı mövsümi qaydada qeydə alınır. Buna baxmayaraq, profilaktik, müşahidə tədbirləri aparılır, dezinfeksiya tədbirlərinin gücləndirilməsi üçün işlər görülür".

A.Əliyeva bildirib ki, Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasında aparılan laborator müayinələr zamanı Azərbaycanda qrip virusu aşkarlanmayıb: "Xəstəliyə o zaman qrip deyilə bilər ki, nümunələrdə hər hansı virus aşkarlanır və bunun da əsasında qrip diaqnozu qoyulur. Amma daxil olan nümunələrdən aydın olur ki, insanlarda müşahidə edilən xəstələnmələr soyuqdəymələr və kəskin respirator virus infeksiyalarıdır. Bunlar da mövsümi xarakter daşıyan xəstəliklərdir".

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı 2017-2018-ci ilin payız-qış mövsümündə qripin növbəti ştamlarının - qrip B-Brisben, qrip A-H3N2 (Honkonq) və H1N1-Miçiqan qriplərinin üstünlüyünü proqnozlaşdırıblar.



Xəbər 2828 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.08.2025  18:01 

İcmadan istefa verdi

22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +