“Rəvan Sığorta”nın vergi borcunu kim ödəyəcək?
İsa Həbibbəylinin rəis qızı işdən çıxarıldı
Pezeşkian Putinə “3+3” dialoq formatını təklif edib
Moskva, Kiyev və Vaşinqton... - Təmaslar davam edir
Rəqsanənin ərinə də cinayət işi açıldı
Anbarı yanan “Supertoys”un dövlətə bu qədər borcu var
Ukraynada hava həyəcanı: Ballistik təhlükə var
“Sədərək”dəki yanğın tam söndürülüb - FHN
Şıxlınski “quş hinini xatırladan” kamerada saxlanılır
Rusiya qazı Azərbaycandan İrana nəql olunacaq


28.01.2025  12:35 

“TikTok“da canlı yayım açan tibbi personal CƏZALANDIRILDI





A+  A-

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) "Azər-Türk Med" klinikasında plastik cərrahın əməliyyat zamanı "TikTok" platformasında canlı yayın açması ilə bağlı görüntülərə münasibət bildirib.

XəzərNews.az xəbər verir ki, Oxu.Az-ın sorğusuna cavab olaraq qurumdan bildirilib ki, AEM əməkdaşları cərrahların əməliyyat zamanı sosial şəbəkə platformalarında canlı yayım açması ilə bağlı əhalinin həyat və sağlamlığına mühüm təhlükə yaranması faktına əsaslanan rəsmi müraciət daxil olduqda məsələni ətraflı araşdırır və qanunvericiliyin pozulması halları müəyyən edildikdə plandankənar yoxlama keçirilir:


"Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair qaydalara riayət olunması şərtdir. Bu zaman tələbləri pozan şəxslər barəsində qanunvericiliklə müəyyən olunan qaydada inzibati xəta məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunur və cərimə nəzərdə tutulmaqla, aidiyyəti üzrə növbəti icraata göndərilir. Son zamanlar mediada və sosial şəbəkələrdə yayılan faktlara gəldikdə, həmin faktlarla bağlı müvafiq qanunvericiliyə əsasən araşdırmalar aparılıb və nəticə olaraq xəbərdarlıqlar və cərimələr tətbiq edilib".


Məlumatda bildirilib ki, "ATM XƏTAİ" MMC-yə məxsus "Azər-Türk Med" klinikasında baş verən faktla əlaqədar AEM tərəfindən plandankənar yoxlama keçirilib:

"Bu zaman çəkilişdə iştirak edən tibb personalından, eləcə də müəssisənin rəhbərindən müvafiq izahatlar alınıb. Aidiyyəti üzrə çəkilişdə iştirak edən tibbi personaldan üç nəfərə klinikanın rəhbərliyi tərəfindən töhmət verilib, rəhbərliyin özünə isə ciddi xəbərdarlıq olunub. Müəssisəyə baxış zamanı bir sıra digər nöqsanlar da aşkarlanaraq, aktlaşdırılıb".


Həmçinin qeyd edilib ki, AEM tərəfindən həkimlər Azərbaycan Respublikası Səhiyyə Nazirinin 29 dekabr 2011-ci il tarixli, "Həkimlərin etik davranış qaydalarının təsdiq edilməsi haqqında" 137 nömrəli əmr barədə məlumatlandırılıb:

"Həmin əmrin VI bəndində qeyd edilir ki, tibbi xarakterli nəşrlər, həkimlərin elmi forumu və cəmiyyətlərdə çıxışları, media ilə maarifləndirci fəaliyyəti etik normalara uyğun olmalı, obyektiv elmi-praktik məlumatla məhdudlaşmalı və qeyri-sağlam rəqabət, reklam və özünü reklam elementlərini əks etdirməməlidir. Əmrdə, həmçinin o da qeyd olunur ki, həkim digər hüquqi və fiziki şəxslərin reklamı və maraqlarının təbliğatı üçün öz vəzifəsindən istifadə olunmasına yol verməməlidir".

"Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı AEM-in "bir pəncərə" sistemi, "qaynar xətt"i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlamanın keçirilməsi barədə qərar qəbul edilir", - deyə məlumatda bildirilib.


Xəbər 4234 dəfə oxunub.



25.08.2025  11:11 

Norveçin baş naziri Kiyevə gəlib

25.08.2025  10:35 

Vladimir Bazarov saxlanılıb

25.08.2025  10:25 

Bakı və Abşeron toza büründü


BÜTÜN XƏBƏRLƏR +