XİN Dohaya hücuma dair açıqlama yaydı
Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi


04.08.2023  10:50 

“Tərəflər heç bir şərtlə sülh müqaviləsi bağlamağa hazır deyillər” - Rusiya XİN





A+  A-

Azərbaycan və Ermənistan heç bir şərtlə sülh müqaviləsi bağlamağa hazır deyillər, hələ həllini gözləyən çətin məsələlər var.

XəzərNews.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.

“Bakıdan və İrəvandan mümkün qədər tez sülhə nail olmaq öhdəliyi ilə bağlı siqnallar o demək deyil ki, tərəflər istənilən şərtlərlə razılaşmağa hazırdırlar. Bir sıra mürəkkəb məsələlər üzrə həll yolları hələ tapılmayıb”, - deyə o, bu ölkələr arasında sülhün bərqərar olmasına hansı problemlərin mane olduğu barədə sualı cavablandırıb.

Diplomat qeyd edib ki, bunlardan ən mühümü Azərbaycanın hüquq sahəsi çərçivəsində Qarabağın erməni əhalisinin təhlükəsizliyinin təmin edilməsi və hamı tərəfindən tanınmış hüquqlarına riayət olunması problemidir. “Müvafiq məntiqi tərəflər 1991-ci il Alma-Ata Bəyannaməsinin effektivliyini qarşılıqlı təsdiqlədikdən sonra müəyyən etdilər. Həmçinin sazişin həyata keçirilməsi üçün Ermənistan və Azərbaycanın suverenliyini və siyasi müstəqilliyini şübhə altına almayan beynəlxalq dəstək mexanizmi tələb olunur”, - Qonçar əlavə edib.

O vurğulayıb ki, Rusiya sülh müqaviləsinin hazırlanmasında tərəflərə fəal kömək edir:

“Ermənistan-Azərbaycan sülh müqaviləsinin hazırlanması Rusiya prezidenti, Azərbaycan prezidenti və Ermənistanın baş naziri arasında üçtərəfli sazişlərin elementlərindən biridir. Rusiya tərəfi bütün səviyyələrdə siyasi və diplomatik kanallardan istifadə edərək, bu sənədin hazırlanmasında Bakı və İrəvana yardım göstərir: üçtərəfli sammitlər hər il keçirilir, xarici işlər nazirləri müntəzəm olaraq görüşür”.

Xəbər 2486 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +