Kikboksçu qadın restoranda həmcinsini niyə döyüb?
Səfirimiz geri çağrıldı
Qazaxıstanda həbslər: Nazir və iş adamı saxlanıldı
Azərbaycanda hava yağışlı keçəcək - Sabah
Gəliri bir ildə 20 milyon manat azalıb
“İş bağlanıb, hara istəyirsən şikayət elə!”
Rusiya paraflanmış sazişə nikbin yanaşır - Overçuk
Overçuk Azərbaycanda saxlanılan ruslardan danışdı
DİM yeni tələbə olanlara müraciət etdi
Astara İcra Hakimiyyətinin tenderi ləğv edilib


12.06.2020  11:34 

TƏBİB ofis sahiblərinə müraciət edib





A+  A-

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ofis sahiblərinə müraciət edib.
XzəərNews.az xəbər verir ki, müraciətdə ofis binalarının əməkdaşları, sahibkarlar və menecerlərin ofis daxilində COVID-19 infeksiyasından qorunmaq üçün bir sıra qaydalara əməl etməli olduqları bildirilib.

Qeyd olunub ki, əməkdaşlar COVID-19 haqqında maarifləndirilməli, ofisdə gigiyenaya riayət etməyə təşviq etməklə bağlı posterlər yerləşdirilməlidir.

Eyni zamanda xəstəliyi olan əməkdaşlar ofis binasına buraxılmamalı və evdə izolyasiya olunmasına şərait yaradılmalıdır.

Qeyd olunub ki, ofisdə asqırarkən və ya öskürərkən ağız və burun birdəfəlik salfetlə örtülməli, ofis birdəfəlik salfetlərin atılması üçün qapalı zibil qabları ilə təmin olunmalı və əlləri dezinfeksiya etmək üçün içində dezinfeksiyaedici məhlul olan dispenserlərlə təchiz olunmalıdır.

Xəbər 3313 dəfə oxunub.




04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı

04.09.2025  10:00 

Yeniyetmə su kanalında boğulub


BÜTÜN XƏBƏRLƏR +