Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


25.01.2019  11:54 

Övladlığa vermə qaydaları dəyişir





A+  A-

Azərbaycanda valideyn himayəsindən məhrum olan uşaqların öz ailələrinə qaytarılması üçün onlara dəstək olunacaq.
XəzərNews.az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Sabir Qocayev “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi” mövzusundakı mətbuat konfransında deyib.

S.Qocayev bildirib ki, “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Prezidentin Fərmanına əsasən, bu sahədə bir çox səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilib:

“Övladlığagötürmə sahəsində idarəetmə mexanizminin, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun təkmilləşdirilməsi, eləcə də övladlığa götürmə prosesində şəffaflığın təmin edilməsi, övladlığa götürülmüş uşaqların yeni ailələrdə yaşaması və inkişafı prosesinə nəzarətin gücləndirilməsi məqsədilə övladlığagötürmə sahəsində dövlət siyasəti və məhz nazirlik tərəfindən icra ediləcək. Nazirliyə verilən səlahiyyətlərlə bağlı İşçi qrupu yaradılıb. Hazırda övladlığa görtürmə ilə bağlı məşğul olan dövlət qurumları ilə görüş keçirib, beynəlxalq şirkətlərlə də danışıqlar aparılır. Məqsəd övladlığa götürmədə şəffaf xidmətin yaradılması, hər bir uşağın ilk növbədə ailələrinə qaytarılmasıdır. Ailələrə qaytarılma mümkün olmayanda uşaqların övladlığa verilməsi üçün addımlar atılacaq”.

Şöbə müdiri bildirib ki, övladlığa götürmə ilə bağlı qanunvericilik bazasında dəyişiklik ediləcək:

“Hazırda övladlığa götürmə prosesinə 3 mərkəzi icra hakimiyyəti orqanı - Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzarət edir. Fərmana əsasən, nazirlikdə alt sistem yaradılacaq. Çünki hazırkı durumda hər üç qurumun özünün avtonom bazası var idi. Yeni alt sistem bütün orqanlar üzrə vahid uçot aparacaq. Həm övladlığa götürənlər, həm də uşaqların məlumatı kağız daşıyıcıda deyil, elektron bazada olacaq. Bu gün övladılığa götürmək üçün insanlar 10 addım atırdısa, yeni sistemlə bu say azalacaq. İyunun 1-dən alt sistemin tətbiqi nəzərdə tutulur.
Ailə Məcəlləsinə də təkliflər hazırlanır, bu işlərin icrası üçün vahid qərar paketi Nazirlər Kabineti tərəfindən təsdiq edilməlidir”.

Şöbə müdiri bildirib ki, bundan sonra övladlığa verilənə nəzarət, övladlığa götürmə ilə bağlı qərar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsus olacaq:

“Növbəsi çatan valideynin uşaq seçməsindən fərqli olaraq valideyn olmağa uyğunluğu müəyyənləşdiriləcək. Eyni zamanda, uşaqların da özünün seçim şansı olacaq. Uşaq üçün valideynlərin bir neçəsi arasından ən uyğun olanı seçiləcək. Bir neçə aylıq sınaq müddətində uşaq ailədə yerləşdiriləcək. Nazirliyin əməkdaşları mütəmadi nəzarət edəcək. Uşaqlar 18 yaşına çatana qədər ailədə monitorinqlər aparılacaq”.

Xəbər 3030 dəfə oxunub.




05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +