Hansı klinika tibb təhsili olmayan həkimlər çalışdırır?
Abşeron Mərkəzi Xəstəxanasında biabırçı vəziyyət
Şıxlinskinin düşməni onun yerini tuta biləcəkmi?
ETX: “Telegram“ da yeni dələduzluq halları müşahidə olunur
Xəzər Universitetinə yeni rektor təyin edildi
Bakı Sağlamlıq Mərkəzində nə baş verir?
Kiyevdə azərbaycanlı ata-oğul güllələndi
“Görüş”də normativ tələblər pozulub
Yanukoviç indi niyə üzə çıxıb? - ŞƏRH
Donald Tramp “həyəcanlı“ açıqlama verəcək


29.08.2018  22:26 

Şou-biznesin yeni “razborşik”i Manaf Ağayev - Diz çökdürür...





A+  A-

Bir neçə həftədir ki, Azərbaycan şou gündəmini Manaf Ağayevin açıqlamaları zəbt edib.
XəzərNews.az xəbər verir ki, ifaçının Mətanət Əsədovanın içkili videosunu yayanları taparaq diz çökdürməsi, Azərbaycanın şahmat üzrə beynəlxalq dərəcəli qrossmeysteri Şəhriyar Məmmədyarova sponsor olmaq istəyi, onu tənqid edəni görüşə çağırıb, daha sonra üzr videosunu paylaşması sosial şəbəkələrdə də rezonans doğurub.

Əvvəlcə, müğənni Mətanət Əsədovanın qonaq olduğu proqrama telefonla bağlanaraq “Həmin adamları tapıb, gətirdim. Diz çöküb Mətanətdən üzr istədilər” deməsi etirazla qarşılandı. İddia olundu ki, Ağayev şəhid anasını xanım ifaçının qarşısında diz çökdürüb.

Daha sonra Manaf video paylaşaraq dediklərini təkzib edib və bildirib ki, “dizçökdürmə” hadisəsi baş verməyib.

VİDEO

Müğənni ilə bağlı sosial şəbəkələrdə məsxərəyə qoyulan ikinci hadisə isə qrossmeyster Şəhriyar Məmmədyarovun “mənə sponsor tapılmır” açıqlamasından sonra baş verib. Manaf isə Şəhriyar Məmmədyarova maddi dəstəyə hazır olduğunu deyib.

Son olaraq Ağayev onu tənqid edən, jurnalist olduğu deyilən Mirismayıl Xələfovla görüş videosunu yayıb.
Həmin görüntülərdə M. Xələfov ifaçıdan üzr istəyib.

VİDEO

Manaf Ağayevin sözügedən davranışları sosial şəbəkələrdə dəfələrlə sərt tənqid olunub. Şou-biznesin bütün “razborka”larına “ağsaqqal”lıq edən Ağayev problemləri polislə deyil, elə öz üsuluyla həll etməyi üstün tutur.

Xəbər 6940 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.09.2025  12:06 

Nazirə yeni müşavir təyin olundu

03.09.2025  10:19 

Tiktoker Xosrov həbs olundu

02.09.2025  13:23 

Ramazan Kadırov yeriyə bilmir

02.09.2025  12:55 

Sabahın hava proqnozu açıqlandı


BÜTÜN XƏBƏRLƏR +