XİN Dohaya hücuma dair açıqlama yaydı
Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi


14.03.2017  15:42 

Mərkəzi Bankın siyasəti hansı fəsadlar törədə bilər? - Ekspertdən açıqlama





A+  A-

"Hərrac bitdi, dollar az da olsa ucuzlaşdı, rəsmi məzənnə 1,7279 oldu. Səbəblər çox bəsitdir və qısa zamana hesablanıb".
XəzərNews.az-ın məlumatına görə, bu fikirlərin müəllifi olan iqtisadçı-ekspert Natiq Cəfərli, dolların ucuzlaşmasının səbəbələrini də izah edib:

"Birincisi, Mərkəzi Bank manat kütləsini azaldıb – bu isə iqtisadi aktivliyi azaldır, bu gün açıqlanan rəsmi makroiqtisadi göstəricilər ölkədə böhranın dərinləşdiyini göstərir.

İkincisi, Novruz bayramında İrandan və Ərəb ölkələrindən 20-30 min turistin gəlməsi gözlənilir, onlardan ucuz dollar almaq istəyirlər.

Üçüncüsü, banklar kredit verə, verdiyi kreditləri yığa bilmir, bankların ən çox gəlir yeri valyuta spekulyasiyaları olub - dolları ucuz alıb, baha satmaqla ayaqda qalmağa çalışırlar".

Ekspert dolların dolların nə zaman ucuzlaşa biləcəyinə də aydınlıq gətirib:

"1) Ölkənin ixracatı və valyuta gəlirləri artır

2) Ölkədə daxili istehsal artır, idxaldan asılılıq azalır

3) Ölkəyə böyük həcmdə valyuta gətirən investorlar gəlir, bununla da valyuta ucuzlaşır”.

N.Cəfərli qeyd edib ki, bu üç amilin heç biri bu gün müşahidə olunmur.

Ekspert baş verənləri belə izah edib:

"1) FED faiz artırımına gedir – dollar dünyada bahalaşır

2) Neft qiymətləri kəskin ucuzlaşıb, son 10 gündə 12% dəyər itirib – ölkəmizin gəlirləri azalıb

3) Ölkədə ilin ilk 2 ayında sənaye istehsalı 4% azalıb.

Yəni həmin dövrdə inflyasiya 13%-ə çatıb, ərzaq inflyasiyası 16% olub. Deməli, ölkədə dolların möhkəmləsinin heç bir iqtisadi əsası yoxdur, tam tərsinə, bütün iqtisadi göstəricilərə görə dollar bahalaşmalıdır”.

Ekspert bildirib ki, bu gün atılan addımlar gələcəkdə daha böyük fəsadlar törədə bilər: "Bu gün dolların müvəqqəti və inzibatı möhkəmlənməsinə sevinə bilmirəm. Bütün iqtisadi göstəricilər və iqtisadi məntiq onu deyir ki, 2017-ci ildə dollar 2 manatı keçəcək".

Xəbər 3840 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +