İran gəmiləri Rusiya limanlarında saxlanılıb
Məşhur turizm şirkətindən 500 minlik dələduzluq
Santuş Azərbaycan millisindən uzaqlaşdırıldı
“Manato“ bir günə 100 manat faiz hesablayır
Xalq artisti reanimasiyaya yerləşdirildi
İranın Ermənistan sevdası: Uğursuz layihələrin davamı
Tanınmış məktəbin direktoru işdən çıxarıldı
Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi


04.08.2025  10:55 

Avtobusun qarşısından yolu keçəndə maşın vurdu





A+  A-

"Yol hərəkətində insan həyatının təhlükəsizliyi yalnız sürücülərdən deyil, eyni zamanda piyadalardan da asılıdır".

XəzərNews.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciətində qeyd olunub:

"Təəssüf ki, ölkəmizdə piyadaların yol hərəkəti qaydalarına etinasız yanaşması, yolun istənilən hissəsindən keçmək vərdişi və elementar təhlükəsizlik qaydalarına biganə qalması faciələrlə nəticələnən hadisələrin başlıca səbəblərindən biridir.

Ən təhlükəli məqam ondan ibarətdir ki, bəzi piyadalar qayda pozuntusunu adi hal kimi qəbul edir və bununla həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükə altına atırlar. İşıqforun qırmızı işığında yolu keçmək, avtomobillərin intensiv hərəkətdə olduğu ərazilərdə ehtiyatsız davranmaq, telefon və digər diqqət yayındıran vasitələrlə hərəkətdə olmaq son nəticədə geri dönüşü olmayan faciələrə səbəb olur.

Hər kəs bilməlidir: yol birgə istifadə məkanıdır və burada qaydalar hər kəs üçün keçərlidir. Özünü qaydalardan kənar tutan istənilən hərəkət iştirakçısı - istər sürücü, istərsə də piyada - məsuliyyət daşıyır.

Piyadavurma hallarının qarşısını almağın ən sadə, lakin təsirli yolu - müəyyən olunmuş keçidlərdən, işıqforun tələblərinə riayət etməklə və diqqətli olmaqla hərəkət etməkdir. Bu sadə prinsiplərə əməl etməyən hər piyada - istər bilərəkdən, istərsə də ehtiyatsızlıq səbəbilə - öz həyatını riskə atmaqla yanaşı, digər hərəkət iştirakçılarının da taleyini dəyişə bilər.

Unutma! Qaydaları pozaraq atılan hər addım, bir ömrün sonu ola bilər".

Bakıda avtobusun qarşısından yolu keçən iki nəfəri maşın vurmasının görüntülərini təqdim edirik:




Xəbər 359 dəfə oxunub.



08.09.2025  13:15 

Sabahın hava proqnozu açıqlanıb

08.09.2025  10:49 

Bakıda mikravtobus qəzaya düşdü

05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib


BÜTÜN XƏBƏRLƏR +