Hansı ölkələr Ukraynada öz qoşunlarını yerləşdirə bilər?
“Tender kralı” Cəlilabadda yarım milyonluq tender uddu
Sabiq məmur və arvadının əmlakına həbs qoyuldu
Deputatın qardaşı Ukraynada öldürüldü
Əməliyyat zamanı həkim xəstənin çılpaq görüntülərini yaydı
Nazirlik rəsmiləri sahibkarlardan necə pul alıblar?
Onlar “Teleqraf“dan getdilər
Prezident “Qaz təchizatı haqqında” qanunu təsdiqlədi
Putin Zelenski ilə görüşməyə razılıq verdi - Rubio
Lavrov: Moskva ciddi yanaşmanı dəstəkləyəcək


27.04.2021  14:12 

Sabah 20 dərəcə isti olacaq





A+  A-

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, aprelin 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-12, gündüz 17-20, Bakıda gecə 10-12, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər 3391 dəfə oxunub.




19.08.2025  16:15 

Onlar “Teleqraf“dan getdilər

19.08.2025  12:18 

Yataqxanada yanğın oldu


BÜTÜN XƏBƏRLƏR +