“Delta Telekom”a hücum Rusiyadan ola bilərmi? – Ekspertdən AÇIQLAMA
“Delta Telekom”a kiberhücum olub
Direktor olmaq istəyərkən 20 000 manat ziyana düşdü
Fərid Zeynalov DOST-dakı vəzifəsindən nazirliyə getdi
Zelenski Rusiyanın şərtlərindən birini rədd etdi
Avtobus sürücüsü sükan arxasında “Tiktok” izləyir
Zelenski Ukraynada seçkilərdən danışıb
Rusiya ordusu Xersonu vurdu
Sabah hava necə olacaq?
Məşhur kosmetika mağazasında ƏDV fırıldağı


12.08.2025  11:59 

“Medsol” MMC-nin ilə 20 milyonluq anlaşması





A+  A-

TƏBİB-in tabeliyində olan İnnovasiya və Təchizat Mərkəzi daha bir milyonluq tenderə imza atıb.

Dünən açıqlanan nəticələrə görə, “Medsol” MMC ilə 20 milyon 901 min 546 manatlıq anlaşma əldə olunub.

Rəsmi mənbələrdə qeyd edilir ki, İTM bu pula şirkətdən klinik biokimya, hormon, seroloji, immunoloji və digər adda müayinələrinin istifadəsi üçün nəzərdə tutulmuş laboratoriya testləri alacaq. Həmin mallar isə üç tibb mərkəzi üçün nəzərdə tutulub.

Əslində “Medsol” MMC İTM-in sevimli şirkətləri sırasında ən öndə gələnlərdəndir. Belə ki, təkcə 2025-ci ildə Mərkəz MMC-ni daha iki tenderin qalibi edib. Onlardan biri bu ilin 29 iyulunda reallaşıb. “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına və uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair tədbirlər ilə bağlı xərclər çərçivəsində sərfiyyat mallarının satın alınması”nı əhatə edən bu tender razılaşmasının dəyəri 840 min 406 manat təşkil edib.

İkinci tender isə “Maqnit Rezonans Tomoqrafiya (MRT) avadanlıqları üçün maye halında helium qazının (dolum xidmətləri daxil) və ehtiyyat hissələri”nin satın alınması ilə bağlı olub. “MEDSOL”la 10.02.2025-ci ildə bağlanılmış müqavilənin dəyəri 521 min 713 manat olub.

Araşırmalar zaman o da məlum olub ki, 2024-cü il “Medsol” MMC üçün daha “məhsuldar” olub. Çünki ötən il şirkəti İTM-in 6 çox bahalı tenderlərinin qalibi olub. Onlar aşağıdakılardır:25.12.2024: Tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş tibbi ləvazimat və avadanlıqların satın alınması- 7 milyon 897 min 12 manat;

13.12.2024: “Fizioterapiya üçün tələb olunan spesifik cihaz və avadanlıqlar”ın satın alınması- 21 milyon 40 min 228 manat;

30.10.2024: “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramının icrası məqsədilə tibbi avadanlıqların və sərfiyyat malları”nın satın alınması- 607 min 561 manat;

23.08.2024: “Koxlear implantasiya proqramı çərçivəsində eşitmə cihazlarının xarici qurğuları”nın satın alınması- 1 milyon 42 min 530 manat;

21.08.2024: “Neyrocərrahiyyə əməliyyatlarının icrasında istifadə üçün nəzərdə tutulmuş tibbi cihaz, avadanlıq, ləvazimat və alətlər”in satın alınması- 19 milyon 606 min 598 manat;

02.08.2024: “Travmatologiya, ortopediya və üz-çənə cərrahiyyəsi əməliyyatlarında istifadə üçün nəzərdə tutulmuş tibbi sərfiyyat malları”nın satın alınması – 3 milyon 752 min 922 manat.

Nəzərinizə çatdırsaq ki, “Medsol” MMC 2013-cü ildə yaradılıb. Nizamnamə kapitalı 100 AZN təşkil edib. Şirkətin qanuni təmsilçisi Qabil Salmanov Nazim oğludur. Hüquqi ünvanı AZ1078, Bakı Şəhəri Nəsimi Rayonu, Abbas Səhhət, ev 2F, m. 0 ünvanında yerləşir./Tribunainfo.az

Xəbər 784 dəfə oxunub.




21.08.2025  16:13 

“Qəbələ“ FK cərimələndi

21.08.2025  15:34 

Sabah iki rayonda qaz kəsiləcək

21.08.2025  15:00 

Ölkədə internet çökdü

21.08.2025  13:51 

Rusiya ordusu Xersonu vurdu

21.08.2025  13:26 

Sabah hava necə olacaq?

21.08.2025  11:43 

Narkotik qəbul edib qəza törətdi

21.08.2025  10:39 

Bu ərazidə işıq olmayacaq


BÜTÜN XƏBƏRLƏR +