Torpağımızı işğalçıya verməyəcəyik - Zelenski
SEPAH-ın erməni lobbiçiliyi
Maddi yardım adı ilə dələduzluq
Bakıda oğul anasının qətlində şübhəli bilinir
Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb
PTX mayoru Erkin Ələkbərov vəfat edib
İcmadan istefa verdi
Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var


27.02.2025  08:51 

Alver yox, hamı dükanları bağlayır...





A+  A-

Bakının Akademik Həsən Əliyev küçəsindəki obyektlər ard-arda boşalır. İllər boyu məişət avadanlıqları, santexnika malları satılan dükanlar niyə fəaliyyətini dayandırır? Obyektlərin boşaldılaraq icarəyə verilməsinə səbəb nədir?

XəzərNews.az Xəzər TV-yə istinadən bildirir ki, obyektlərin üzərində "Kirayəyə verilir", "İcarəyə verilir" yazılıb, hətta hissə-hissə icarəyə təklif olunanı da var.

Sahibkarlar bildirdilər ki, xüsusilə son iki ay ərzində mağazanı bağlayanlar artıb. Burada 15 ildən çox çalışan sahibkarlar səbəb olaraq alıcılıq qabiliyyətinin həddindən artıq aşağı olmasını göstərdilər.

Səbəblərdən biri kimi obyektlərin qarşısında qanuni parklanmanın olmasını deyənlər də var idi. Bildirildi ki, dövlət müəssisələrində işləyənlər orada maşınlarını saxlayır, nəticədə mağazaya gəlmək istəyən alıcılar maşın saxlamağa yer tapa bilmirlər.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən də mövqe öyrəndik. Bildirildi ki, AYNA tərəfindən Həsən Əliyev küçəsində ASAN Xidmət mərkəzinin qarşısında və bəzi digər yerlərdə ödənişli parklanma məntəqələri təşkil olunub. Küçənin digər hissələrində isə hələ ki, ödənişli parklanma yerləri yoxdur. Təşkil olunmuş ödənişli parklanma yerlərində rezervasiya edilmədən istənilən şəxs ödəniş etməklə nəqliyyat vasitəsini parklamaq hüququna malikdir.

İqtisadçı ekspertlər isə bildirirlər ki, həmin ərazidə icarə qiymətləri kifayət qədər yüksək olduğundan, mallar daha baha qiymətə təklif olunur. Alternativ bazarlarda isə qiymətlər daha ucuzdur. Bu da ərazidə ticarətin zəifləməsinə, sahibkarların dükanı bağlamasına səbəb olur.

Xəbər 3147 dəfə oxunub.




23.08.2025  13:20 

SEPAH-ın erməni lobbiçiliyi

22.08.2025  18:01 

İcmadan istefa verdi

22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +