XİN Dohaya hücuma dair açıqlama yaydı
Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi


01.09.2025  11:16 

“Naxtel“ fəaliyyətini dayandırır





A+  A-

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən, ölkənin yeganə regional mobil rabitə operatoru "Naxtel" MMC dekabrın 1-dən telekommunikasiya xidmətlərinin göstərilməsini dayandıracaq.

XəzərNews.az xəbər verir ki, şirkət bununla bağlı sosial şəbəkə hesablarında rəsmi açıqlama yayıb.

Açıqlamada qeyd olunur ki, abunəçilər hazırda istifadələrində olan nömrələri öz adlarında saxlamaq və mobil rabitə xidmətlərindən yararlanmağa davam etmək üçün 1 oktyabr – 1 dekabr 2025-ci il tarixləri arasında ölkədə fəaliyyət göstərən digər mobil operatorlara – "Azercell", "Bakcell" və "Nar"a müraciət etməlidirlər.

Dekabrın 1-nə qədər nömrəsini digər şəbəkəyə keçirməyən abunəçilərin nömrələri ləğv ediləcək, mövcud müqavilələrə xitam veriləcək. Bununla yanaşı, həmin nömrələrdəki aktiv xidmətlər dayandırılacaq, balansda qalan istifadə olunmamış vəsaitlər isə silinəcək. Qeyd olunan tarixə qədər silinmiş məbləğlərin geri qaytarılmasına və yaxud kompensasiyasına görə şirkət məsuliyyət daşımır. Nömrələrin daşınması muxtar respublika ərazisində, eləcə də Bakı və Gəncə şəhərlərində xüsusi təyin olunmuş xidmət mərkəzlərində həyata keçiriləcək.

“Naxtel” 2015-ci ildə yaradılıb. Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun ailə biznesinin bir qolu kimi fəaliyyət göstərib. Onun qanuni təmsilçisi olan İsa İsayev həm də Talıbovlara məxsus, artıq fəaliyyətini dayandırmış “Naxçıvan Bank” və “Naxçıvan Sığorta” ASC-lərin rəhbərliyində təmsil olunub.

Xəbər 1240 dəfə oxunub.




09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +