Türkiyə təyyarəsi bu şəhərdə təcili eniş edib
Bu ölkənin səfiri XİN-ə çağrıldı
Braziliya prezidenti Trampı açıq dialoqa çağırıb
Bu ölkədən Polşaya dəstək
Xankəndidə polisə silahlı müqavimət... - Erməni cavab atəşi ilə susdurulub
Ukrayna ordusu ruslara ağır zərbə vurdu
Tanınmış boksçu faciəvi şəkildə öldü -FOTO
ABŞ Cənubi Koreyadan üzr istədi
Rusiya spikeri ciddi ürək problemi yaşayır
İki qatar relsdən çıxıb: Ölənlər var


13.11.2021  12:24 

Müftə 450 milyon qazanc kimlərin cibinə axır?





A+  A-

Azərbaycanda əvvəlki illərlə müqayisədə hökumət və vergi orqanları ilə sahibkarlıq subyektləri arasındakı münasibətlərdə xeyli müsbət dəyişikliklər olsa da, kifayət qədər ciddi problemlər də qalmaqdadır. Pandemiya dövründə ciddi çətinliklərlə üzləşən və hökumətdən heç də adekvat dəstək almayan sahibkarlıq subyektlərinin problemlərindən biri də yeni nəsil kassalarla bağlıdır.

XəzərNews.az “AzPolitika.info”ya istinadən xəbər verir ki, xüsusilə də kiçik sahibkarların son dövrlər yeni nəsil kassa aparatlarıyla bağlı şikayətlərinə tez-tez rast gəlinir. Bu şikaytətlər kassaların qiymətindən, funksionallığına, iş prinsipinə və aylıq “xidmət haqqı”na qədər bir çox məslələri əhatə edir. Belə təəssürat yaranır ki, kassaların yenilənməsindən qazanan yalnız sahibkarın hər addımını fiksə etmək imkanı əldə edən vergi orqanı və həmin kassaları Azərbaycana gətirənlər, uduzan və itirən isə sahibkarlardır...



İlk olaraq onu qeyd edək ki, yeni nəsil kassaların qiyməti əsasən də kiçik sahibkarlar üçün olduqca bahadır. Hazırda satışda olan kassaların qiyməti 400-450 manatdır. Doğrudur, vergi orqanı bu məbləğin 350 manatının vergi ödənişlərilə əvəzlənəcyini bildirir. Lakin hələlik bununla bağlı konkret addımlar görünmür və hazırda sahibkarların böyük əksəriyyəti bu kassaları şirkətlərdən nəğd pula, ya da banklardan müxtəlif şərtlər altında alırlar.

Qeyd edək ki, ölkədə 1.2 milyondan artıq sahibkarlıq subyekti var və onların təqribən 90 faizi fiziki şəxslərdir. Yeni kassalar isə demək olar ki, bütün fiziki şəxslər və hüquqi şəxslərin bir qismi tərəfindən məcburi qaydada quraşdırılmalıdır. Bu, o deməkdir azı 1 milyon sahibkarlıq subyekti yeni kassaları almaq məcburiyyətindədir və alır da. Bu isə ümumilikdə 400-450 milyon manat(!) deməkdir. Belə böyük miqdarda vəsait isə dövlətin deyil, vergi orqanlarının “razılığını” almış hansısa şirkət(lər)in büdcəsinə gedir...



Artıq paytaxtda demək olar ki, bütün obyektlər olmasa da, onların olduqca böyük hissəsi yeni nəsil kassalara keçib. Bölgələrdə də eyni proses getməkdədir. Yeni kassaları almayanlar, almaq istəməyənlər isə müxtəlif bəhanələrlə vergi orqanı tərəfindən cərimələnir.

Nəticədə vergi ödəyicisi həm 1000 manatdan başlayan cərimələri, həm də 400-450 manat olan kassanın pulunu ödəməli olur. Bu da olur onsuz da pandemiya dövründə çabalayan, borca-xərcə düşən, müflisləşmək ərəfəsində olan kiçik sahibkara “dəstək”...
Ancaq məsələ təkcə kassaların kütləvi satışı və kimlərinsə bundan birdəfəyə götürdüyü 100 milyonlarla manat qazancdan getmir. Bunun hələ aylıq “xidmət haqqı” da var. Əvvəlcə onu qeyd edək ki, şirkətlərin tələb etdiyi xidmət haqlarının məhz hansı xidmətlə bağlı olduğu anlaşılmır. Çünki uzun illərin təcrübəsinə görə, kassalarda hansısa texniki problem yarandıqda, bunu sahibkar elə həmin kassanı ona satan şirkətin servisində öz cibinin pulu ilə təmir etdirir. Kassa servislərin “xidməti” isə sadəcə, ayda, yaxud rübdə bir dəfə obyektə gələrək, aylıq və rüblük “zet”i çıxarmaq olur ki, bunu da sahibkarın özü də edə bilir. Vəssalam. Nəticədə sahibkardan nəyə görə aylıq “xidmət haqqı” alındığı isə qaranlıq qalır.



Ancaq bu da bəlanın yarısıdır. Məsələ ondadır ki, əvvəlki kassalara görə onları təqim edən şirkətlərə aylıq “xidmət haqqı” 6 manat idisə, yeni nəsil kassalarda bu, 15-18 manat olub, yəni 3 dəfə bahalaşıb. Qiymətin hansı səbəbdən belə kəskin şəkildə artdığı məlum deyil. Bu, həm də o deməkdir ki, sözügedən kassaları satanlar bir dəfəyə götürdükləri 100 milyonlarla gəlir azmış kimi, ayda da 15 milyon manata yaxın “xidmət haqqı” qazanmış olacaq ki, bu da hər il 100 milyonlarla manat müftə qazanc deməkdir.

Bəs, kimdir bu kassaları ölkəyə gətirən və bundan külli miqdarda qazanc əldə edənlər? Rəsmən ölkədə yeni nəsil kassa aparatlarını əsasən 3 şirkət – “Az Smart”, “Omnitech” MMC və “Kaspos” təklif edir. Maraqlıdır ki, bunların hamısında da qiymət aşağı-yuxarı eynidir. Hansı ki, məntiqlə, bazar iqtisadiyyatının tələblərinə görə, rəqabət olmalı, qiymətlər fərqlənməlidir. Ancaq belə bir şey yoxdur və bazar qanunları bu məsələdə işləmir. Yəqin elə buna görədir ki, biznes sektoruna yaxın mənbələr sözügedən şirkətlərin üçünün də demək olar, eyni mənbədən “qidalandığını” iddia edirlər...


Xəbər 4253 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.09.2025  21:49 

İndoneziyada güclü zəlzələ

14.09.2025  20:59 

Bu ölkədən Polşaya dəstək

14.09.2025  18:35 

Gəncədə bıçaqlanma hadisəsi

14.09.2025  17:26 

Faktiki hava açıqlandı

14.09.2025  17:06 

ABŞ Cənubi Koreyadan üzr istədi

14.09.2025  17:04 

Prezident Şuşakənddə

14.09.2025  16:59 

Xırdalan sular altında qaldı

14.09.2025  16:57 

Hindistanda güclü ZƏLZƏLƏ

14.09.2025  14:42 

Papa ad günün qeyd edir

14.09.2025  13:37 

Putin Dmitri Medvedyevi təltif edib

14.09.2025  13:26 

Sabahın havası açıqlandı

14.09.2025  13:17 

Kiyevdə neft anbarı partladıldı

14.09.2025  13:05 

Daha bir general həbs edildi


BÜTÜN XƏBƏRLƏR +