Generalın oğlu İngiltərədə şirkət açdı - Foto
Kreml Azərbaycan diasporalarını “özəlləşdirir“ - ŞƏRH
Peskov prezidentlərin salamlaşmasını şərh etdi
Bakıda saxlanılan erməni məhbus intihara cəhd edib?
17 yaşlı qızın toyu ləğv edildi... - 32 yaşlı kişi ilə...
Prezidentin təyyarəsinə PUA təhlükəsi olub?
Avstraliya 14 rusiyalıya qarşı sanksiya tətbiq edib
Sürücü avtobusu idarə etməkdən niyə imtina edib?
“Unibank” məşhur jurnalistin başına oyun açdı
Sabahın hava proqnozu açıqlanıb


27.07.2021  18:32 

Azərbaycanla Rusiya müqavilə imzaladı





A+  A-

Azərbaycan və Rusiya təbii qazın mövsümi mübadiləsi sahəsində əməkdaşlıq edəcək. Müvafiq müqavilə “Azərkontrakt” və “Qazprom” qrupu arasında imzalanıb.
XəzərNews.az xəbər verir ki, “Azərkontrakt” şirkətindən verilən məlumata görə, müqavilə yay mövsümündə Azərbaycandan Rusiyaya, həmçinin qış mövsümündə Rusiyadan Azərbaycana analoji həcmdə qazın tədarükünü nəzərdə tutur.

Tədarük həcmi yay aylarında Azərbaycanda qaz hasilatı və istehlak səviyyəsindən asılı olacaq. Azərbaycan tərəfindən müvafiq həcmdə məhsulların qəbulu və göndərilməsi baxımından müqavilənin texniki icrasını Dövlət Neft Şirkəti (SOCAR) həyata keçirəcək.

Müqavilə tərəflərə öz neft-qaz infrastrukturundan optimal istifadə etməyə imkan verəcəkdir. Ölkədə qaz hasilatının sürətlə artması fonunda Azərbaycan ölkə daxilində istehlak səviyyəsinin əhəmiyyətli dərəcədə artdığı qış mövsümü üçün öz təbii qazının əlavə həcmini tədarük etmək imkanı əldə edir.

Müqavilənin qüvvədə olması müddəti 2023-cü ilə qədər nəzərdə tutulub.

Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 1996-cı il tarixli 519 nömrəli Fərmanı ilə keçmiş Material Ehtiyatları Nazirliyi və Ticarət Nazirliyinin bazasında yaradılmışdır.

2021-ci ildən “Azərkontrakt” ASC təbii qazın topdan alqı-satqısı üzrə SOCAR-ın əvvəlki funksiyalarından birini yerinə yetirməyə başladı. Cari ildən başlayaraq qaz hasil edən şirkətlər ilə qazpaylayıcı və enerji istehsalçıları arasında vasitəçi rolunda sözügedən şirkət çıxış edir.

Xəbər 4053 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.09.2025  14:05 

AFFA bu klubları cərimələdi

03.09.2025  13:04 

Sabahın hava proqnozu açıqlanıb

03.09.2025  12:06 

Nazirə yeni müşavir təyin olundu

03.09.2025  10:19 

Tiktoker Xosrov həbs olundu


BÜTÜN XƏBƏRLƏR +