Rusiya özünü heç kimlə qapatmır -Putin
Metro və avtobus ödənişləri ilə bağlı mühüm xəbər - İlin sonuna qədər…
Ağdərədə yanğın törədən şəxslər saxlanılıb
Kikboksçu qadın restoranda həmcinsini niyə döyüb?
Səfirimiz geri çağrıldı
Qazaxıstanda həbslər: Nazir və iş adamı saxlanıldı
Azərbaycanda hava yağışlı keçəcək - Sabah
Gəliri bir ildə 20 milyon manat azalıb
“İş bağlanıb, hara istəyirsən şikayət elə!”
Rusiya paraflanmış sazişə nikbin yanaşır - Overçuk


08.10.2020  16:12 

Ordunun uğursuzluqlarına görə Paşinyan qisasa başladı





A+  A-

Ermənistan Baş Naziri Nikol Paşinyanın yürütdüyü uğursuz daxili və xarici siyasət nəticəsində yenidən alovlanan Dağlıq Qarabağ münaqişəsində Azərbaycan Ordusunun qətiyyətli əks-hücum əməliyyatları və Azərbaycan Ordusunun qələbələrindən sonra Dağlıq Qarabağın erməni əsilli icması əməlli-başlı hiddətlənib.
XəzərNews.az xəbər verir ki, nəticədə, onsuz da Paşinyan hakimiyyətindən narazı olan Qarabağın erməni icması nümayəndələri arasında bölgədə Azərbaycan hakimiyyətinin bərqərar olmasını və tezliklə sülhün bərqərar olmasını istəyənlərin sayı getdikcə artmaqdadır.

Etibarlı mənbələrdən əldə olunan məlumatlarda onların arasında Azərbaycan Ordusunu dəstəkləyən qruplaşmanın olduğu da göstərilir. Bu da Paşinyan və onun tərəfdarlarının ciddi narahatlığına səbəb olub. Bu baxımdan, son çırpıntılarını edən Paşinyan öz uğursuzluğunda Qarabağ icmasını və bu icmanın nümayəndələri olan hərbi qulluqçuları günahlandırır. Hətta 08.10.2020-ci il tarixində Ermənistan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti rəisi Arqişti Kyaramyanın vəzifədən təcili olaraq azad edilməsi onun sözügedən qruplaşmanın fəaliyyətini dəstəkləməsi ilə əlaqələndirilir. Eyni zamanda Paşinyan Dövlət Təhlükəsizlik Xidməti rəisi A. Kyaramyanı Azərbaycan Ordusuna rəğbət bəsləyənlərə qarşı səmərəli mübarizə aparmamaqda günahlandırır.

Məlumatı verən onu da iddia edir ki, Paşinyan Dövlət Təhlükəsizlik xidmətinin rəisini Azərbaycan Ordusuna dəstək vermək arzusunda olanlara qarşı səmərəli tədbir görmədiyinə və onları “ifşa etməkdən” imtina etdiyinə görə təcili vəzifədən uzaqlaşdırıb. Görünən odur ki, Paşinyan hər şeyi Qarabağın erməni icmasının üzərinə yıxmaqla canını qurtarmaq və sudan duru çıxmaq niyyətindədir.

Xəbər 3897 dəfə oxunub.




05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı

04.09.2025  10:00 

Yeniyetmə su kanalında boğulub


BÜTÜN XƏBƏRLƏR +