Məşhur turizm şirkətindən 500 minlik dələduzluq
Santuş Azərbaycan millisindən uzaqlaşdırıldı
“Manato“ bir günə 100 manat faiz hesablayır
Xalq artisti reanimasiyaya yerləşdirildi
İranın Ermənistan sevdası: Uğursuz layihələrin davamı
Tanınmış məktəbin direktoru işdən çıxarıldı
Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb


05.07.2020  11:54 

Almaniyada koronavirusla bağlı son statistika





A+  A-

Almaniyada son bir gündə koronavirusa daha 239 yoluxma qeydə alınıb, virusdan 2 nəfər ölüb.
XəzərNews.az xəbər verir ki, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyi ilə bağlı statistika aparan Robert Kox İnstitutu bildirib.

Qeyd edilir ki, Qərbi Avropa ölkəsində COVID-19-a ümumilikdə 196 335 yoluxma aşkarlanıb, epidemiyanın başlanğıcından koronavirusdan 9 012 pasiyent ölüb. Bununla yanaşı, virusa yoluxmuş təxminən 181,3 min insan sağalıb.

AFR-də təhlükəli virusa ən çox yoluxma halları Bavariyada qeydə alınıb. Burada 48 665 nəfərin koronavirus testinin nəticəsi müsbət olub.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər 3263 dəfə oxunub.




08.09.2025  10:49 

Bakıda mikravtobus qəzaya düşdü

05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +