Ağdərədə yanğın törədən şəxslər saxlanılıb
Kikboksçu qadın restoranda həmcinsini niyə döyüb?
Səfirimiz geri çağrıldı
Qazaxıstanda həbslər: Nazir və iş adamı saxlanıldı
Azərbaycanda hava yağışlı keçəcək - Sabah
Gəliri bir ildə 20 milyon manat azalıb
“İş bağlanıb, hara istəyirsən şikayət elə!”
Rusiya paraflanmış sazişə nikbin yanaşır - Overçuk
Overçuk Azərbaycanda saxlanılan ruslardan danışdı
DİM yeni tələbə olanlara müraciət etdi


21.04.2017  17:06 

Nazirlikdən sahibkarlara XƏBƏRDARLIQ





A+  A-

İqtisadiyyat Nazirliyi may ayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı sahibkarlıq subyektlərinə xəbərdarlıq edib.
Nazirlikdən XəzərNews.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin 12 aprel 2017-ci il tarixli Sərəncamına əsasən, IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi idman obyektlərinin, yarış iştirakçılarının və qonaqların yerləşdirildiyi ərazilərdə xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, istehsal, ticarət, xidmət, tikinti, iaşə, yanacaqdoldurma və s. obyektlərin təchizat işləri, məişət tullantılarının və digər yüklərin daşınması 2017-ci ilin may ayının 5-dən 25-dək saat 22:00-dan 07:00-dək həyata keçirilməlidir.
Təchizatı gündüz saatlarında həyata keçirilməli olan obyektlərdə bu işlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilən xüsusi icazələr əsasında aparılacaq.

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərinə təsərrüfat fəaliyyətlərinin təşkili zamanı qeyd olunanların nəzərə alınmasını və həmin işlərin müəyyən olunmuş vaxtlarda həyata keçirilməsi üçün tədbirlər görülməsini tövsiyyə edir.

Xəbər 3633 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı

04.09.2025  10:00 

Yeniyetmə su kanalında boğulub


BÜTÜN XƏBƏRLƏR +