Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


15.08.2025  11:23 

Politoloq: Xamenei nüvə proqramına Rusiyanın qoşulmasını istisna edir





A+  A-

“Alyaska görüşü ərəfəsində İranın ali rəhbər S.Ə.Xameneinin ABŞ-la danışıqlarda mövqeyində prinsipial keyfiyyət dəyişikliyi baş verdi. O, nüvə danışıqlarının ABŞ-la birbaşa aparılmasına razılıq verdi. Xameneinin nöqteyi-nəzərincə ABŞ-la birbaşa danışıqlar da qadağan idi. ABŞ-la nüvə danışıqlarının aparılması İranın nüvə proqramından imtinası anlamındadır; ABŞ-ın İranın nüvə proqramına münasibəti dəyişməyib. Əgər nüvə proqramı ABŞ-la birbaşa müzakirə olunmayacaqsa, ABŞ-ın əlində bir neçə variant var. O variantlardan biri də İranın nüvə proqramını Rusiyanın sərəncamına verməkdir”.

Bu barədə açıqlamanı XəzərNews.az-a Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu verib.

M.Əhmədoğlu bildirib ki, Rusiyanın xarici siyasətində bəlkə də III mövzu Rusiyanın bu və digər formada İranı öz təsiri altına salması, tərkibinə qatmasıdır:

“Rusiya və Qərbdə belə təsəvvür var ki, İran hakimiyyəti əksərən daxili çəkişmələrlə məşğul olub. Bu daxili çəkişmələr İranın müstəqil idarəçiliyinə imkan verməyib. Dəfələrlə İranın ərazisində kənar dövlətlərin qüvvələri olub, hətta İranı nəzarət altında saxlamaqdan ötrü eyni vaxtda iki müxtəlif qütblü dövlətlərin qoşunları İranın ərazisində olub. Əlbəttə, İran ingilislərin Buşerdən qovulması ilə bağlı əhali arasında təbliğat xarakterli serial çəkib. İran hətta sovet Rusiyasının İranın içində gördüyü işləri danır. İranın filmlərinə baxdıqda anlayırsan ki, II Dünya Müharibəsində qələbə çalan İrandır. Həm Avropanın, həm də Almaniyanın içərisində İran fəaliyyət göstəribmiş”.

Politoloqun fikrincə, Rusiya İranın nüvə texnologiyasına sahiblənməyə çox yaxındır və görünür Alyaska görüşündə o mövzu ciddi müzakirə olunacaq:

“Çünki D.Tramp hazırda Rusiya ilə müzakirədə Ukrayna mövzusu qədər iqtisadi münasibətlərə də meyllidir. Rusiyanın Alyaskanın qonşuluğunda bəlkə də yaxın 50 ildə istifadə edə bilmədiyi sahələr var. Onları ABŞ-a verə bilər və ya məhsullarını sata bilər. SSRİ dağıldıqdan sonra bu gün bütün dünyada adı keçən şəxslərin böyük əksəriyyəti (Abramoviç, Qusinski, Berezovski, Xodorkovski, Potanin və s.) Yakutiyada məskunlaşmışdı. Yakutiyanın yeraltı resurslarını Amerikaya satmaqla ümumilikdə Yakutiyanı da ABŞ-ın tərkibinə salmaq istəyirdilər. Rusiyanın əlində belə variantlar var. Rusiya o variantları dəyər-dəyməzinə ABŞ-a verib, İranın nüvə və daha sonra digər mövzularına sahiblənəcək”.

M.Əhmədoğlu qeyd edib ki, İranın problemi onun qərar qəbuletmə mexanizmidir:

“Ali rəhbərin özü və ətrafının qəbul etdiyi qərarlar çox emosionaldır. ABŞ-la birbaşa danışıqlara əvvəldən icazə verilsəydi, bəlkə də 12 günlük müharibə baş verməzdi. İsrail ABŞ-ı inandırdı ki, İran danışıqlarla vaxt udur. Bir həftəyə nüvə bombası əldə edəcək və müharibəyə də icazəni aldı. Ali rəhbərin ətrafında qəbul olunan qərarın nöqsanı budur.
ABŞ-ın artıq İrana qarşı mübarizə aparmaq variantlarının sayı artdı. Bu, İranın şimalında Ermənistan artıq İran kontekstində adekvat variant oldu. Klaster prinsipi ilə işləyəcək. Ermənistan özü 3 variantda qoşula bilər. İranın daxilindən bəzi SEPAH-çılar və digər səlahiyyətlilər klasterin qoşulma elementlərindən biridir. RF də o klasterə qoşula bilər və s.

Aİ-nin də davranışı isə göstərir ki, İrana qarşı snapçak-tətik mexanizmi bütün variantlarda istifadə olunacaq. İran razılıq verməsə, İrana həmin qəbul etdiyi qərara uyğun sanksiya tətbiq edəcəklər. İran hansısa tərəfə atəş açacaqsa, dərhal da cavabı veriləcək. İran ABŞ-ın “anakonda ilgəyin”dədir. Ermənistanda ABŞ hərbi təlimlərə başlayıb. İran heç səsini belə çıxara bilmir. Hər şeydə Azərbaycan günahkardır. ABŞ-ın variantlarından biri də İranla Azərbaycan vasitəsilə əlaqə saxlamaq da ola bilər”.

Zəhra
XəzərNews.az


Xəbər 2420 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +