Vaşinqtonda yeni sülh prosesi olacaq - Politoloq
Jurnalistikada qabiliyyət imtahanı faydasızdır - Qulu Məhərrəmli
Maqomedovun 3 milyard dəyərində aktivləri dondurulub
Zelenski Malyukla nədən danışıb?
Stiv Vitkoffla Putin arasında görüş olub - Video
Tibbi arayış böhranı: Körpələrlə növbə dərdi
Rusiya Azərbaycanla hava və dəmir yolu... - Əlaqələr kəsilir?
Bəzi yerlərdə 41 dərəcə isti olacaq - SABAH
Paşinyan Vaşinqtonda Əliyevlə saziş imzalayacaq?
Deputat oğlu Azərbaycanda “Espressolab” açıb


18.11.2022  11:20 

Tağı Əhmədovun 2 milyonunu yeyənlərə iş verildi





A+  A-

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevə qarşı dələduzluqda ittiham olunan Qulu Muxtarov və Sahil Abuşovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Qulu Muxtarov 8 il 6 ay, Sahil Abuşov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama əsasən, Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşov Soltan Əliyevin 2 milyon manatını ələ keçirib. Səadət Xəlilov həbsdə olsa da, digər iki təqsirləndirilən məhkəmə dövründə azadlıqda olublar. Onlar haqqında axtarış elan edilib. Qulu Muxtarov və Sahil Abuşovun işi Səadət Xəlilovun işindən ayrılıb. Səadət Xəlilov tək mühakimə olunub.
Səadət Xəlilov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham edilib.

Cinayət işi üzrə Soltan Əliyev zərərçəkmiş qismində tanınsa da, Səadət Xəlilov 2 milyon manatı "Bakı Metropoliteni"nin sabiq rəisi Tağı Əhmədovun onlara faizlə verdiyini deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səadət Xəlilov verilmiş ittihamlarla təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.

Sonradan Qulu Muxtarov və Sahil Abuşov tutularaq istintaqa cəlb olunub./apa

Xəbər 2488 dəfə oxunub.




06.08.2025  11:21 

Aida Tağızadə vəfat etdi

05.08.2025  16:33 

Yeni cərimələr təsdiqləndi


BÜTÜN XƏBƏRLƏR +