Aliment ödəmək üzrə YENİ REKORD - 13 illik məbləği...
Şahin Şıxlinski təkadamlıq kameraya salınıb
Xırdalan və Masazıra metro xətti çəkilir?
“Balaxanı Operating Company” şirkəti qanunsuz fəaliyyətə görə cərimələndi
Cərrahlara saxta sertifikat verən nazirlik əməkdaşları məhkəməyə çıxdı
“Grand Motors”dan 200 minlik oğurluq
Sabahın havası açıqlandı
11 yaşlı qıza seksual hərəkət edən ilahiyyatçıya hökm oxundu
AZAL-dan aviabiletlərin bahalaşması ilə bağlı AÇIQLAMA
Bakıdakı xoşagəlməz qoxunun səbəbi nədir?


28.10.2022  10:07 

Ömürlük məhbus 9 il sonra bəraət aldı





A+  A-

Birlikdə yaşadığı qadını və onun bacısı qızını zəhərləyərək öldürməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilmiş Aydın Qəhrəmanovun cinayət işi yenidən araşdırılıb.

Aydın Qəhrəmanov həbs olunduğu gündən dəfələrlə məhkəmələrə müraciət edib, cinayət törətmədiyini bildirib.

Məhkum şəxs sonuncu dəfə Ali məhkəməyə verdiyi kassasiya şikayətində günahsız olaraq həbsdə olduğunu, zərərçəkmiş şəxslərin zəhərlənib ölmələrinə səbəb olan dərmanı müalicə məqsədilə onlara verdiyini qeyd edib.

Yüksək instansiya məhkəməsi məhkum şəxsin şikayətini əsaslı hesab edib, cinayət işini yenidən baxılması üçün apellyasiya baxışına qaytarıb.

Bakı Apellyasiya Məhkəməsində 4 il davam edən araşdırma zamanı məhkum şəxs yenidən dindirilib, qətllə bağlı ekspertizalar təyin olunub.

Hakim Kamran Əkbərovun sədrlik etdiyi hakimlər heyəti bütün dəlil və sübutları, ekspertiza rəylərini tədqiq edərək məhkum şəxsin günahsız olduğu qənaətinə gəlib.

Yekun qərara əsasən Aydın Qəhrəmanova bəraət verilib. O, 9 il sonra 62 yaşında məhkəmə zalından birbaşa azadlığa buraxılıb.

Xatırladaq ki, 2003-cü ildə Bakıda Aida və Samirə Yəhyayeva bacılarının dərmandan zəhərlənərək ölmələri barəsində prokurorluğa məlumat daxil olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. 6 il davam edən istintaqın sonunda bacıların intihar məqsədilə dərman içmədikləri açıqlanıb. Aydın Qəhrəmanov 2013-cü il avqust ayında həbs edilib.

İttihamda göstərilib ki, Astara rayon sakini Qəhrəmanov Aydın Rəhman oğlu qeyri-rəsmi nikahda yaşadığı Aidə Yəhyayeva və onun qardaşı qızı Samirə Yəhyayevanı zəhərləyərək öldürüb. Cinayət törətməyə səbəb isə Abidənin bacısı Nazilə Yəhyayevaya məxsus 4 otaqlı mənzili ələ keçirmək niyyətinə düşməsi olub.

A. Qəhrəmanov “Finlepsin” və “Amirtiptilin” dərmanlarını yuxugətirici kimi zərərçəkmiş şəxslərə içirib.

Aidə və Samirə Yəhyayeva zəhərlənmədən vəfat ediblər.

Aydın Qəhrəmanova Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aydın Qəhrəmanov verilmiş ittihamlarla təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb./APA

Xəbər 2612 dəfə oxunub.




05.08.2025  16:33 

Yeni cərimələr təsdiqləndi

05.08.2025  14:06 

Sabahın havası açıqlandı

05.08.2025  14:01 

19 aptekdə nöqsanlar aşkarlandı

05.08.2025  11:34 

Polis 41 kq narkotik aşkarlayıb


BÜTÜN XƏBƏRLƏR +