Narkotikdən şübhəli bilinən 6 nəfər saxlanılıb
Dələduzluq əməlində ittiham olunurdu, azadlığa buraxıldı
Onlayn mərc və qumar oyunları təşkil edən dəstə ifşa edildi
Biləcəridə küçə ticarəti narazılıq yaratdı
Vaşinqtonda yeni sülh prosesi olacaq - Politoloq
Jurnalistikada qabiliyyət imtahanı faydasızdır - Qulu Məhərrəmli
Maqomedovun 3 milyard dəyərində aktivləri dondurulub
Zelenski Malyukla nədən danışıb?
Stiv Vitkoffla Putin arasında görüş olub - Video
Tibbi arayış böhranı: Körpələrlə növbə dərdi


16.04.2022  09:47 

“Nar” və “Breyn Rinq” tərəfdaşlığı davam edir





A+  A-

“Nar” 2022-ci ildə də ölkənin nüfuzlu bilik yarışı “Breyn Rinq”lə əməkdaşlığını davam etdirir. Artıq 19-cu mövsümə start vermiş intellekt müsabiqəsində Azərbaycanın 9 bölgəsini və 8 universitetini təmsil edən 20 komanda yarışır.

19-cu mövsümdə komandalar 3 divizionda, Bakı, regional və tələbə divizionlarında mübarizə aparır. Bakı divizionunda 4, region və tələbə divizionlarının hər birində 8 komanda iştirak edir. Divizionların qalibləri və reytinq əsasında seçilən bir komanda mövsüm finalında görüşəcəklər. Hər cümə saat 22:00-da İctimai TV-də komandalar arasındakı kəskin bilik mübarizəsini izləmək mümkündür.

Qeyd edək ki, müsabiqəni efirdən izləyən “Breyn Rinq” tamaşaçıları da suallara cavab vermək və “Nar”dan hədiyyə qazanmaq imkanına sahidirlər. Bunun üçün efirdə səslənən xüsusi suala “Nar”ın “Twitter” səhifəsindən cavab vermək lazımdır.

Korporativ sosial məsuliyyət strategiyası çərçivəsində davamlı layihələri ilə seçilən mobil operator “Nar” uzun illər ərzində “Breyn Rinq” layihəsi ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq da “Nar”ın təhsilə və maariflənməyə dəstək KSM strategiyası çərçivəsində həyata keçirilir.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.



Xəbər 3200 dəfə oxunub.




06.08.2025  22:23 

Dissertasiya səviyyəli kitab

06.08.2025  11:21 

Aida Tağızadə vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +