Maqomedovun 3 milyard dəyərində aktivləri dondurulub
Zelenski Malyukla nədən danışıb?
Stiv Vitkoffla Putin arasında görüş olub - Video
Tibbi arayış böhranı: Körpələrlə növbə dərdi
Rusiya Azərbaycanla hava və dəmir yolu... - Əlaqələr kəsilir?
Bəzi yerlərdə 41 dərəcə isti olacaq - SABAH
Paşinyan Vaşinqtonda Əliyevlə saziş imzalayacaq?
Deputat oğlu Azərbaycanda “Espressolab” açıb
Polis bu rayonda əməliyyat keçirdi - Saxlanılanlar var
İlqar Mustafayevin böyük “əmlak imperiyası” - Siyahı


29.03.2019  14:25 

Deputat icra başçılarını tənqid etdi





A+  A-

"Dövlətin həmişə yükün altına girməməsi üçün sığorta ilə bağlı inamlı sistem yaradılmalıdır.Azərbaycanda insan yüz minlərlə pul verib ticarət mərkəzində yer alır, ancaq adı ancaq sahibkarın dəftərində olur. İcarə müqaviləsi bağlananda niyə tələb qoyulmur ki, sığorta olunmalıdır?”
XəzərNews.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib.

O bildirib ki, bu qanunvericilikdə də əksini tapır.

“Bir məqamı da qeyd edim. Artıq 5-6 aydır ki, icra hakimiyyəti başçıları sərəncam vermir. İnsanlar işləməlidir. Digər tərəfdən, iş adamları günlərlə gözləyir ki, “ASAN İmza”nı yeniləsin.

Bu, vətəndaşa xidmət yox, əzab vermək oldu. Bu cür addımlarla atılan gözəl işlərə kölgə salınmamalıdır. Bu, cəmiyyəti xaosa sürükləməkdir.

İnsanlara bu qədər dövlət vəsaiti ayrılır, şərait yaradılır ki, vətəndaş dirçəlsin. İş adamı iş yeri açmalıdır ki, insanlar işləsin. Sığorta sistemi canlandırılmalıdır ki, iş adamları mal-mülkü sığorta etdirsin. Biz bunu edə bilməsək, büdcədə sonra başqa işlərə pul tapa bilməyəcəyik”.

Xəbər 3046 dəfə oxunub.




06.08.2025  11:21 

Aida Tağızadə vəfat etdi

05.08.2025  16:33 

Yeni cərimələr təsdiqləndi


BÜTÜN XƏBƏRLƏR +