Maqomedovun 3 milyard dəyərində aktivləri dondurulub
Zelenski Malyukla nədən danışıb?
Stiv Vitkoffla Putin arasında görüş olub - Video
Tibbi arayış böhranı: Körpələrlə növbə dərdi
Rusiya Azərbaycanla hava və dəmir yolu... - Əlaqələr kəsilir?
Bəzi yerlərdə 41 dərəcə isti olacaq - SABAH
Paşinyan Vaşinqtonda Əliyevlə saziş imzalayacaq?
Deputat oğlu Azərbaycanda “Espressolab” açıb
Polis bu rayonda əməliyyat keçirdi - Saxlanılanlar var
İlqar Mustafayevin böyük “əmlak imperiyası” - Siyahı


21.03.2019  17:39 

“Avtobusun yanması xəbəri yalandır” - BNA





A+  A-

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda sərnişin avtobusunun iştirakı ilə baş verən qəzaya münasibət bildirib.
XəzərNews.az-ın məlumatına görə, agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev bildirib ki, martın 21-i “BakuBus” MMC-yə aid iki sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib:

"Hadisə səhər saat 6 radələrində avtobuslar Yasamal rayonu istiqamətində başlanğıc dayanacağa gedərkən Nəsimi rayonu Ü.Hacıbəyov küçəsində qeydə alınıb. Hadisə zamanı avtobuslarda sərnişin olmayıb, sürücülər isə xəsarət almayıb. Ehtiyyat tədbiri üçün hadisə yerinə ərazi üzrə Nəsimi rayon Dövlət Yanğından Mühafizə hissəsinin briqadası gəlsədə, hər hansı bir yanğın hadisəsi qeydə alınmayıb.

Qeyd edilənlərə əsasən bildiririk ki, “İveco” markalı sərnişin avtobusunun yanması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil və mövcud hadisənin təhrif olunmasıdır.
Bunu nəzərə alaraq KİV-dən bu xarakterli məlumatlar hazırlayan zaman Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti ilə əlaqə saxlamalarını xahiş edirik".

Xəbər 2957 dəfə oxunub.




06.08.2025  11:21 

Aida Tağızadə vəfat etdi

05.08.2025  16:33 

Yeni cərimələr təsdiqləndi


BÜTÜN XƏBƏRLƏR +