Dələduzluq əməlində ittiham olunurdu, azadlığa buraxıldı
Onlayn mərc və qumar oyunları təşkil edən dəstə ifşa edildi
Biləcəridə küçə ticarəti narazılıq yaratdı
Vaşinqtonda yeni sülh prosesi olacaq - Politoloq
Jurnalistikada qabiliyyət imtahanı faydasızdır - Qulu Məhərrəmli
Maqomedovun 3 milyard dəyərində aktivləri dondurulub
Zelenski Malyukla nədən danışıb?
Stiv Vitkoffla Putin arasında görüş olub - Video
Tibbi arayış böhranı: Körpələrlə növbə dərdi
Rusiya Azərbaycanla hava və dəmir yolu... - Əlaqələr kəsilir?


24.11.2018  14:27 

Sabah yağış yağacaq





A+  A-

Azərbaycanda bazar gününə olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 5-7°, gündüz 10-13° isti, Bakıda gecə 5-7°, gündüz 10-12° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80% olacaq.

Nazirlik eyni zamanda xəbərdarlıq da edib. Belə ki, noyabrın 25-də Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz olacağı gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-7° isti təşkil edəcək.

Xəbər 3073 dəfə oxunub.




06.08.2025  22:23 

Dissertasiya səviyyəli kitab

06.08.2025  11:21 

Aida Tağızadə vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +