Aliment ödəmək üzrə YENİ REKORD - 13 illik məbləği...
Şahin Şıxlinski təkadamlıq kameraya salınıb
Xırdalan və Masazıra metro xətti çəkilir?
“Balaxanı Operating Company” şirkəti qanunsuz fəaliyyətə görə cərimələndi
Cərrahlara saxta sertifikat verən nazirlik əməkdaşları məhkəməyə çıxdı
“Grand Motors”dan 200 minlik oğurluq
Sabahın havası açıqlandı
11 yaşlı qıza seksual hərəkət edən ilahiyyatçıya hökm oxundu
AZAL-dan aviabiletlərin bahalaşması ilə bağlı AÇIQLAMA
Bakıdakı xoşagəlməz qoxunun səbəbi nədir?


05.10.2018  13:16 

XİN-də yüksək vəzifə verilən xanım kimdir? - Bioqrafiya





A+  A-

Xəbər verdiyimiz ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə yeni rəhbər təyin edilib. Belə ki, bu vəzifə Leyla Yaşar qızı Abdullayevaya həvalə olunub.
XəzərNews.az-ın sorğusuna cavab olaraq, XİN-dən bildirilib ki, Leyla Abdullayeva 1981-ci ildə Bakıda anadan olub. Orta təhsilini Bakıda alıb və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münsibətlər fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magist pillələrində təhsil alıb.

2002-ci ildən etibarən Xarici İşlər Nazirliyində çalışır. Nazirlikdə çalışdığı müddətdə regional təhlükəsizlik, ölkəmizin regional təşkilatlarda iştirakı, xüsusilə də bu təşkilatlarla siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq münasibətlərinə məsul olub. Azərbaycan Respublikasının NATO yanındakı Nümayəndəliyində və Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik fəaliyyət göstərib. XİN-də bundan öncə Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyində (AİDA) direktor müavini vəzifəsində çalışıb.

Ailəlidir, iki övladı var.

“XİN-də və xaricdəki diplomatik nümayəndəliklərimizdəki fəaliyyəti barədə” suala gəlincə, mətbuat xidmətinin yeni rəhbəri bildirib ki, mövcud mürəkkəb geo-strateji mühitdə dövlət başçısının rəhbərliyi altında ölkəmizin həyata keçirdiyi, milli maraqlarımıza əsaslanan çoxşaxəli xarici siyasət məqsədlərinə nail olunması hər bir diplomatmızın borcudur və bir diplomat olaraq, Xarici İşlər Nazirliyində, eləcə də ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərində çalışdığım zaman bu vəzifənin layiqincə yerinə yetirilməsinə çalışmışam.

Xəbər 3005 dəfə oxunub.




05.08.2025  16:33 

Yeni cərimələr təsdiqləndi

05.08.2025  14:06 

Sabahın havası açıqlandı

05.08.2025  14:01 

19 aptekdə nöqsanlar aşkarlandı

05.08.2025  11:34 

Polis 41 kq narkotik aşkarlayıb


BÜTÜN XƏBƏRLƏR +