Aliment ödəmək üzrə YENİ REKORD - 13 illik məbləği...
Şahin Şıxlinski təkadamlıq kameraya salınıb
Xırdalan və Masazıra metro xətti çəkilir?
“Balaxanı Operating Company” şirkəti qanunsuz fəaliyyətə görə cərimələndi
Cərrahlara saxta sertifikat verən nazirlik əməkdaşları məhkəməyə çıxdı
“Grand Motors”dan 200 minlik oğurluq
Sabahın havası açıqlandı
11 yaşlı qıza seksual hərəkət edən ilahiyyatçıya hökm oxundu
AZAL-dan aviabiletlərin bahalaşması ilə bağlı AÇIQLAMA
Bakıdakı xoşagəlməz qoxunun səbəbi nədir?


29.11.2017  09:58 

Azərbaycanda bu şəxslərin təqaüdü artacaq - VİDEO





A+  A-

Azərbaycanda hansı sahələrdə mütəxəssisə ehtiyac olduğunu virtual göstərən yeni sistem yaradılır.
XəzərNews.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, növbəti 3 il ərzində yaradılacaq bu sistem dünyanın ən qabaqcıl ölkələrinin təcrübəsi əsasında qurulacaq. Bu isə həm iş, həm də işçi axtaranlar üçün ən əlverişli və müasir sistem olacaq. Növbəti 3 ildə qurulması nəzərdə tutulan Milli Observatoriya adlanan sistem ən qabaqcıl ölkələrin təcrübəsi əsasında hazırlanacaq.

Bundan başqa, gələn il sovet dönəmində əmək stajı olanların pensiyalarında artımlar da gözlənilir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirir ki, gələcəkdə tələb olunacaq ixtisasların proqnozunu özündə cəmləşdirəcək bu sistemlə iş axtaranların məşğulluq mərkəzlərinə getməsinə ehtiyac qalmayacaq. Bundan başqa gələcəkdə hansı ixtisaslara daha çox ehtiyac olduğunu universitetlərdə oxuyan tələbələr bir neçə il qabaqdan müəyyən edə və asanlıqla həmin sahəyə yönələ biləcəklər. Bu gənc işçi qüvvəsinin daha yaxşı hazırlığına da səbəb olacaq.

Nazir, həmçinin, sovet dönəmində əmək stajı olan şəxslərin stajlarına yenidən baxılması prosesinin də yeni ildən başlayacağına diqqət çəkib.
Nazir onu da qeyd edib ki, əsasən 1992 ci ildən öncə əmək stajı olanların sənədlərinə baxılacaq.

Onu da qeyd edək ki, sovet dönəmində əmək stajı olanların stajları yenidən hesablana və onlara verilən pensiyaların miqdarında bu aradşırmalar nəticəsində artımlar ola bilər. Bu həyata keçiriləcək araşdırmalardan sonra bəlli olacaq.

Bu arada əmək bazarı üzrə Milli Observatoriyanın yaradılması ilə bağlı konsepsiya sənədi və tədbirlər planının təqdimatı olub. Tədbirdə müxtəlif nazirlik və Avropa İttifaqının nümayəndələri iştirak ediblər.


Xəbər 3942 dəfə oxunub.




05.08.2025  16:33 

Yeni cərimələr təsdiqləndi

05.08.2025  14:06 

Sabahın havası açıqlandı

05.08.2025  14:01 

19 aptekdə nöqsanlar aşkarlandı

05.08.2025  11:34 

Polis 41 kq narkotik aşkarlayıb


BÜTÜN XƏBƏRLƏR +