Aliment ödəmək üzrə YENİ REKORD - 13 illik məbləği...
Şahin Şıxlinski təkadamlıq kameraya salınıb
Xırdalan və Masazıra metro xətti çəkilir?
“Balaxanı Operating Company” şirkəti qanunsuz fəaliyyətə görə cərimələndi
Cərrahlara saxta sertifikat verən nazirlik əməkdaşları məhkəməyə çıxdı
“Grand Motors”dan 200 minlik oğurluq
Sabahın havası açıqlandı
11 yaşlı qıza seksual hərəkət edən ilahiyyatçıya hökm oxundu
AZAL-dan aviabiletlərin bahalaşması ilə bağlı AÇIQLAMA
Bakıdakı xoşagəlməz qoxunun səbəbi nədir?


27.11.2017  13:43 

1233 nəfər əcnəbiyə Azərbaycan vətəndaşlığı verilib





A+  A-

Xaricdə yaşayan və xarici ölkələrin vətəndaşlığını qəbul etmək üçün müraciət edən azərbaycanlıların sayında artım müşahidə olunur. Bəs əcnəbilər Azərbaycan Respublikasının vətəndaşlığını hansı şərtlərlə qəbul edə bilərlər?
XəzərNews.az-ın məlumatına görə, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov Modern.az-a açıqlamasında əcnəbilərə Azərbaycan vətəndaşlığının qanunla tənzimlənmiş müəyyən hallarda verildiyini qeyd edib:

““Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanununun 5-ci maddəsində göstərilir:

“Son 5 il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan Azərbaycan Respublikasının Konstutsiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən və digər şərtlərə cavab verən şəxslər Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər”.

Təbii ki, 5 illik şərtdən kənar hallar da ola bilər. Məsələn, şəxsin mədəniyyət, idman və ya müxtəlif sahələrdə yüksək naliyyətləri olduqda və ya şəxs Azərbaycan Respublikası üçün xüsusi maraq kəsb etdikdə və digər müstəsna hallarda vətəndaşlıq üçün müraciət edə bilər. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun bu göstəriciləri dəyərləndirilməli və əsaslandırılmalıdır. Bundan sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası da var ki, burada həmin əsəslandırmaya baxaraq şəxsə vətəndaşlıq verilir”.

Vətəndaşlığa qəbul üçün tələb olunan sənədlər:

Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizə-anket
4 ədəd 3x4 sm. ölçüdə fotoşəkil;
Yaşayış yerindən ailə tərkibi haqqında arayış;
Dövlət rüsumunun ödənilməsi haqqında sənəd;
Azərbaycan Respublikasında son beş il ərzində yaşaması barədə yaşayış yerindən arayış;
Azərbaycan Respublikasının dövlət dilini bilməsi barədə Təhsil Nazirliyindən arayış;
Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surəti;
Şəxsiyyəti təsdiq edən sənədin surəti;
Qanuni gəlir mənbəyi olduğunu təsdiq edən sənəd (aşağıdakı sənədlərdən biri: iş yerindən arayış, pensiya, təqaüd və ya ünvanlı dövlət sosial yardım alınması haqqında arayış, fiziki şəxsin gəlirləri haqqında vergi orqanının arayışı, aliment alınması haqqında arayış, himayəsində olduğu şəxsin gəliri haqqında arayış, vərəsəlik şəhadətnaməsi və s.) ;
“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olan şəxslər üçün – onu Azərbaycan Respublikasına dəvət edən dövlət orqanının əsaslandırılmış vəsatəti.

Azər Allahverənovun sözlərinə görə, 2017-ci ilin ilk yarımilində 1233 nəfər Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilib.

“Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmuş şəxslərin 675 nəfəri kişi, 562 nəfəri isə qadındır”.

Xəbər 2929 dəfə oxunub.




05.08.2025  16:33 

Yeni cərimələr təsdiqləndi

05.08.2025  14:06 

Sabahın havası açıqlandı

05.08.2025  14:01 

19 aptekdə nöqsanlar aşkarlandı

05.08.2025  11:34 

Polis 41 kq narkotik aşkarlayıb


BÜTÜN XƏBƏRLƏR +