Aliment ödəmək üzrə YENİ REKORD - 13 illik məbləği...
Şahin Şıxlinski təkadamlıq kameraya salınıb
Xırdalan və Masazıra metro xətti çəkilir?
“Balaxanı Operating Company” şirkəti qanunsuz fəaliyyətə görə cərimələndi
Cərrahlara saxta sertifikat verən nazirlik əməkdaşları məhkəməyə çıxdı
“Grand Motors”dan 200 minlik oğurluq
Sabahın havası açıqlandı
11 yaşlı qıza seksual hərəkət edən ilahiyyatçıya hökm oxundu
AZAL-dan aviabiletlərin bahalaşması ilə bağlı AÇIQLAMA
Bakıdakı xoşagəlməz qoxunun səbəbi nədir?


31.07.2025  12:40 

Rusiya Azərbaycan diaspor rəhbərini niyə axtarışa verib?





A+  A-

Ötən gün Rusiya Daxili İşlər Nazirliyinin (DİN) bazasında "Azərbaycan-Ural" ictimai təşkilatının və Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin axtarışa verildiyi barədə məlumat dərc edilib.

Ənənəvi olaraq məlumat bazasında Şıxlinskinin hansı "cinayət" üzrə axtarışa verildiyi qeyd olunmayıb. Onun Cinayət Məcəlləsinin maddəsi üzrə axtarıldığı bildirilib.

Qeyd edək ki, bundan əvvəl Yekaterinburq məhkəməsində Şahin Şıxlinskinin oğlu Mutvəli Şıxlinski barəsində həbs qətimkan tədbiri seçilib. O, hakimiyyət nümayəndəsinə qarşı zorakılıq etməkdə ittiham olunur.

M.Şıxlinskinin həbsinə səbəb iyulun 1-də "Bakı Plaza" yaxınlığında baş vermiş hadisə olub. O zaman Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları M.Şıxlinskinin idarə etdiyi avtomobildə hücum ediblər. M.Şıxlinski məhkəmədə bildirib ki, onun sağ tərəfində olan güc strukturu əməkdaşını görməyib və baş verənlərə görə təəssüf edir. Həmin hadisə zamanı avtomildə olan Şahin Şıxlinski saxlanılıb və daha sonra sərbəst buraxılıb. Pravda.az modern.az-a istinadən xəbər verir ki, Şahin Şıxlinskiyə qarşı Rusiya Cinayət Məcəlləsinin iki maddəsi üzrə cinayət işi açılıb.

O, Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqi) və 105-ci maddəsinin 2-ci hissəsi (qəsdən adam öldürmə) ilə axtarışa verilib.

Məlumata görə, Cinayət Məcəlləsinin 318-ci maddəsi ilə işin başlanmasına səbəb iyulun əvvəlində "Bakı Plaza"nın yaxımnlığında baş vermiş insident olub. "Kommersant" nəşrinin Ural bölməsi qeyd edir ki, Rusiyanın hüquq mühafizə orqanları Şahin Şıxlinskinin də həmin hadisədə güya rolu olub. Qeyd edək ki, iyulun 30-da Sverdlovsk məhkəməsi Mutvəli Şıxlinskinin həbs-qətimkan tədbirinin yumşaldılması barədə şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını dəyişməz saxlayıb.

Bundan əlavə, nəşr qeyd edir ki, hüquq-mühafizə orqanları əməkdaşları Şahin Şıxlinskini 2001-2011-ci illərdə baş verdiyi iddia olinan "qətl hadisələri"ndə iştirak etdiyini düşünürlər. Xatırladaq ki, iyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti sözügedən hadisələrə görə Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Hadisə zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb.

Xəbər 188 dəfə oxunub.




05.08.2025  16:33 

Yeni cərimələr təsdiqləndi

05.08.2025  14:06 

Sabahın havası açıqlandı

05.08.2025  14:01 

19 aptekdə nöqsanlar aşkarlandı

05.08.2025  11:34 

Polis 41 kq narkotik aşkarlayıb


BÜTÜN XƏBƏRLƏR +