7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


06.10.2025  10:51 

Tbilisidə meşədə gizlədilmiş silah və sursat aşkarlanıb





A+  A-

Tbilisidə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat tədbirləri nəticəsində meşəlik ərazidə gizlədilmiş çox sayda odlu silah, döyüş sursatı və detonatorla təchiz edilmiş partlayıcı maddələr aşkarlanıb.

XəzərNews.az xəbər verir ki, 24News.ge-nin məlumatına görə, bu barədə DTX-da keçirilən brifinqdə məlumat verilib.

Qurumdan bildirilib ki, aşkarlanan sursatlardan istifadə etməklə 4 oktyabrda Tbilisidə planlaşdırılmış qrup halında zorakılıq və Prezident sarayını ələ keçirmə cəhdinin paralelində diversiya aktlarının törədilməsi nəzərdə tutulub.

Məlumata əsasən, Ukraynada fəaliyyət göstərən hərbi hissələrdən birinin gürcü nümayəndəsinin göstərişi ilə Gürcüstan vətəndaşı B.Ç böyük miqdarda odlu silah, döyüş sursatı və partlayıcı vasitələr əldə edib.

DTX-nin açıqlamasına görə, B.Ç-nin sifarişi ilə detonator pultu hazırlayan şəxs də müəyyən olunub, saxlanılıb və onunla istintaq hərəkətləri aparılır.

Qurum əlavə edib ki, bu cinayət işi üzrə B.Ç-yə qarşı ittiham irəli sürüləcək və onun barəsində axtarış elan olunacaq.

DTX əməkdaşlarının həyata keçirdiyi profilaktik tədbirlər nəticəsində silah və partlayıcı maddələri Tbilisinin mərkəzinə gətirməyi planlaşdıran şəxslər neytrallaşdırılıb.

Xüsusi gizlədilmiş yerdə, Tbilisiyə yaxın meşəlik ərazidə odlu silah, döyüş sursatı və partlayıcı vasitələr aşkarlanıb.

Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü hissəsi ilə başlanıb. Cinayətlə əlaqəsi olan digər şəxslərin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində intensiv əməliyyat-istintaq tədbirləri davam edir.

Hadisə ilə bağlı videogörüntülər Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı kadrlarda əks olunub.

Xəbər 718 dəfə oxunub.



07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +