Sabiq məmur və arvadının əmlakına həbs qoyuldu
Deputatın qardaşı Ukraynada öldürüldü
Əməliyyat zamanı həkim xəstənin çılpaq görüntülərini yaydı
Nazirlik rəsmiləri sahibkarlardan necə pul alıblar?
Onlar “Teleqraf“dan getdilər
Prezident “Qaz təchizatı haqqında” qanunu təsdiqlədi
Putin Zelenski ilə görüşməyə razılıq verdi - Rubio
Lavrov: Moskva ciddi yanaşmanı dəstəkləyəcək
Sülh danışıqlarını dəstəkləyirik - Pezeşkian
Satıcı-anbardar həbs edilib - 50 min manat yeyinti


15.08.2025  10:34 

Mübariz Əhmədoğlunun israrı, Ağaye Vilayətinin etirafı...





A+  A-

İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneinin Beynəlxalq məsələlər üzrə baş müşaviri Əli Əkbər Vilayəti Tehranda səfərdə olan Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyanla görüşüb. Görüşdə əsasən İranın təhlükəsizliyi və olmayan şirin “quyruğu” məsələsi müzakirə olunub.

Ağaye Vilayəti Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasına hər bir ölkədən daha çox önəm verdiklərini iddia edib. Hətta heç vaxt etiraf etmədikləri bir acı-həqiqəti dilə gətirib. O həqiqəti ki, artıq bir neçə müddətdir Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu saytımızda gedən analitik yazılarında və Pozan TV-dəki “Cənub saatı” adlı müəllif proqramında israrla ictimailəşdirir.

Ağaye Vilayəti məlum hadisəni İranın sülh yolunda fədakarlığı hesab edir.

Sitat: “Qarabağ müharibəsi zamanı təyyarələrinin raketlə vurulması nəticəsində həlak olan bir sıra iranlı diplomatların ailələri şəhid olub. Bu da İran İslam Respublikasının sülhün bərqərar olması istiqamətində ciddi qərarlı olduğunu göstərir".

Əslində heç vaxt İran rəsmiləri tərəfindən etiraf olunmayan bu “fədakarlıq” heç də Ağaye Vilayətinin iddia etdiyi kimi olmayıb.

Belə ki, 1994-cü il martın 17-də Dağlıq Qarabağdakı terror birləşmələri tərəfindən Xankəndi üzərində İranın “Lockheed C-130 Hercules” təyyarəsi vurulub. Təyyarədə 13 nəfər heyət, eləcə də İranın Moskva səfirliyi əməkdaşlarının 19 nəfər ailə üzvü (9-u uşaq olmaqla) olub. Novruz bayramını qeyd etmək üçün ölkələrinə gedən təyyarədəki şəxslərin hamısı həlak olub.

Təyyarə Rusiya, Gürcüstan və Ermənistan üzərindən uçaraq İranın hava məkanına daxil olmalı imiş. Amma nədənsə marşrutdan çıxaraq Gürcüstandan Ermənistana deyil, Azərbaycan ərazisinə - Qarabağa dönüb.

Maraqlıdır, bir sərnişin təyyarəsi öz marşrutundan təxminən 100 kilometr niyə yayınsın ki?

Nə səbəbə?

İşğal olunan Azərbaycan torpaqlarını bir də havadan görməyin sevincini yaşamaq üçünmü?

İran və təyyarədə olan diplomat arvad-uşaq bilmirdi ki, Azərbaycan ərazisində (Qarabağda) aktiv hərbi əməliyyatlar gedir?!

Bilirdilər, amma ağıllarına da gəlmirdi ki, yerdəki separatçılar nəzarət etdikləri göydə uçan İran təyyarəsinin Azərbaycana məxsus olduğunu zənn edə bilərlər.

Gülməlidir ki, heç vaxt bu acı-həqiqəti etiraf etməyən Vilayəti fəsiləsindən olan İranın başsız baş bilənləri Azərbaycanın, xüsusən də politoloq Mübariz Əhmədoğlunun israrlı çıxışlarından sonra dilə gətirməyə məcbur olublar...

Həm də sülhə töhvə tezisi ilə...

Maraqlıdır, səfirlikdə çalışan İran diplomatlarının təyyarədə olan arvad-uşağı sülhə necə töhfə verəcəkdi?

Bu suala da cavabı Ağaye Vilayətiyə buraxırıq.

XəzərNews.az

Xəbər 893 dəfə oxunub.




19.08.2025  16:15 

Onlar “Teleqraf“dan getdilər

19.08.2025  12:18 

Yataqxanada yanğın oldu

19.08.2025  11:03 

Diana Əhədpur BOŞANIR?


BÜTÜN XƏBƏRLƏR +