Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA
AİBNDX öz keçirdiyi tenderi özü ləğv edib
Ankara Bələdiyyəsinə qarşı əməliyyat keçirildi
Məhrum edilən uşaqlar, unudulan dəyərlər
220 saylı məktəb-liseydə nə baş verir? - Araşdırma başladı
Ağalarovların əmlakının müsadirəsi tələb edilir
İran vətəndaşları ilə əlbir olub 30 kq marixuananı...
Avropa Ukraynaya həmişəlik yardım göstərə bilməz - Ərdoğan


09.03.2021  23:48 

Karlovun qətlində əli olanlara ömürlük həbs cəzası verildi





A+  A-

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətli ilə bağlı məhkəmə prosesinə yekun vurulub.
XəzərNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfirin qətli ilə əlaqəsi olan bir neçə nəfərə hökm oxunub.

Cinayətdə FETO lideri Fətullah Gülən də daxil olmaqla, 28 nəfər ittiham olunub.

Prosesin yekununda üç müttəhimə iki ömürlük, bir müttəhimə bir ömürlük həbs qərarı verilib.

Ankara İkinci Ağır Cinayətlər Məhkəməsi yeddi müttəhim barəsində FETO üzvlüyünə görə 7 il 6 aydan 10 il 6 aya qədər dəyişən müddətli həbs cəzası qərarı çıxarıb.

Səfirin qatili Mövlud Mert Altıntaşa sui-qəsd təlimatı verən Salih Yılmaz və Şahin Sögüt iki ömürlük həbs cəzasına məhkum ediliblər.

Məhkəmə səfirin qətli ilə bağlı prosesdə təqsirləndirilən altı nəfərə bəraət verib, daha səkkiz nəfər 5 ildən 15 ilədək həbs cəzasına məhkum edilib.

Xatırladaq ki, A.Karlov 2016-cı ilin dekabrında Ankarada baş tutan fotosərginin açılışında öldürülüb. Səfirin qatili elə oradaca güllələnib.

Xəbər 3656 dəfə oxunub.




23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək


BÜTÜN XƏBƏRLƏR +