Prezident Yunanıstanın Baş naziri ilə görüşüb
Tehranın nüvə silahına ehtiyacı yoxdur - Xamenei
2026-cı ildən hibrid avtomobillər bahalaşacaqmı?
Prezident və xanımı BMT-nin mənzil qərargahına gəlib
Sürücülərdə bu vərdiş qəza riskini 20 dəfə artırır
Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA


23.08.2017  14:36 

Qərb şokda: Rusiyadan 20 ABŞ gəmisinə kiber hücum...





A+  A-

Novorossiysk sahillərində 20-dən çox ABŞ gəmisinin müəmmalı şəkildə radarlardan itməsi və sirli şəkildə quruda "görünməsindən” sonra Qərb mətbuatında bunun Rusiyanın çox gizli saxladığı bir kiber silahla bağlı olduğu və həmin silahın şər məqsədlərlə istifadə olunacağı iddia edilib.
Qərb dünyası Rusiyanın ABŞ gəmilərinə qarşı ən müasir gizli kiber silahdan istifadə etdiyini bildirib.

ABŞ və Böyük Britaniya mətbuatında yayılan xəbərlərə görə, iyun ayında Qara dənizdə qorxulu hadisə yaşanıb. Bu zaman ABŞ gəmilərinin bir çoxunun peyk-naviqasiya sistemlərinin gəmilərin mövqeyi ilə bağlı tamamilə səhv məlumatlar göstərdiyi aşkar edilib. Belə ki, Rusiya sahillərinə yaxın ABŞ Donanmasına məxsus gəmilərdən birinin GPS göstəriciləri ilə real mövqeyi arasında 32 km fərq olduğu görünüb. Oxşar qəribəliklər Rusiya sahillərinin yaxınlığında yerləşən başqa 20 gəminin də heyətini təəccübləndirib.

ABŞ Ticarət Donanması rəhbərliyi tərəfindən faktla bağlı yayılan bəyanatda əvvəlcə həmin hadisə GPS sistemlərinin fəaliyyətinin pozulması ilə əlaqələndirilsə də, sonradan Rusiya tərəfindən ultramüasir silah tərəfindən hücum edilməsi və bunun kiber müharibənin başlanğıcı ola biləcəyi bildirilib.

(axar.az)

Xəbər 3239 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +