AİBNDX öz keçirdiyi tenderi özü ləğv edib
Ankara Bələdiyyəsinə qarşı əməliyyat keçirildi
Məhrum edilən uşaqlar, unudulan dəyərlər
220 saylı məktəb-liseydə nə baş verir? - Araşdırma başladı
Ağalarovların əmlakının müsadirəsi tələb edilir
İran vətəndaşları ilə əlbir olub 30 kq marixuananı...
Avropa Ukraynaya həmişəlik yardım göstərə bilməz - Ərdoğan
Macarıstan Rusiyadan enerji alacağını davam etdirəcək
İsveç xəbərdarlıq etmədən vuracaq - Nazir
Başqasının fotosunu paylaşaraq pul topladı


26.03.2024  12:21 

“Röya Ayxan bizə başsağlığı vermədi” – VİDEO





A+  A-

“Bacım Aygün Bəylərin heç kimlə küsülülüyü, incikliyi yox idi. Bacım dünyasını dəyişəndən sonra onun ifa etdiyi “Nə yaxşı sən varsan” mahnısı sosial şəbəkələrə yayıldı. O, dünyasını dəyişməzdən əvvəl yayda bağda ona sual verdim ki, “Bu nəğməni niyə üzə çıxarmırsan?” Cavab verdi ki, “Bu mahnının üzərinə düşməmişəm və fikrimdə də olmayıb ki, onu oxuyum”. Dedim ki, “Bu mahnını Röya da ifa edib”. Söylədi ki, “Xəbərim yoxdur”. Amma mən bilmirəm o bu mahnını Aygündən əvvəl, yoxsa sonra ifa edib. Bu mahnının musiqisi Kamalın, sözləri isə Baba Vəziroğlunun idi. Aygün söylədi ki, lap yaxşı edib, Röya oxuyub. Yəni onun oxumasına qətiyyən etiraz etmədi. Bu isə o demək idi ki, Aygün inciyirdi, amma küsülülük ola bilməzdi”.

Xəzərnews.az xəbər verir ki,bu sözləri mərhum Əməkdar artist Aygün Bəylərin müğənni bacısı Zümrüd Hümbətova qonaq olduğu “O üz” verilişində deyib.

Zümrüd bacısının Xalq artisti Röya Ayxanla yaşadığı inciklikdən söz açıb. O bildirib ki, Röya onların ailəsinə başsağlığı verməyib:

“Ona sənətkar deyəndə o bunu danırdı. Söyləyirdi ki, o qədər sənətkarların qarşısında ona sənətkar demək olmaz. Çox təvazökar insan idi.

Biz Röyanın sosial şəbəkədə bacım Aygün Bəylərlə bağlı başsağlığı paylaşımını görməmişdik. Heç o bizə başsağlığı verməyib. Bizə söylədilər ki, Röya Aygünün məzarına gül çələngi göndərib. Sonra o gül çələnginin şəkillərini çəkib mənə göndərmişdilər.

Yenə də bacımın məzarına gələnlər, gəlməyənlər, çələng göndərib, göndərməyənlər sağ olsunlar. Artıq həyatımızda Aygün Bəylər yoxdur. Çox istərdim ki, bacıma halallıq versinlər”.

Qeyd edək ki, Əməkdar artist Aygün Bəylər uzun sürən xəstəlikdən sonra yanvar ayının 6-da gecə saatlarında Ankarada müalicə aldığı xəstəxanada vəfat edib. /Bizim.Media



Xəbər 4895 dəfə oxunub.




23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək


BÜTÜN XƏBƏRLƏR +