Lavrov və Rubio arasında görüş planlaşdırılır
Pezeşkian Şahin Mustafayevi qəbul edib
Tramp Zelenski ilə görüşəcək
Prezident ABŞ-də görüşlər keçirdi - Foto/Yeniləndi
Fransa Fələstini dövlət kimi tanıyıb
Prezident və xanımı ABŞ-də -FOTO
Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov
İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı


21.09.2018  11:46 

Tramp azərbaycanlı gənci ABŞ-ın “qara siyahı”sına saldı





A+  A-

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib.
XəzərNews.az xəbər verir ki, Rusiya kəşfiyyatı və hərbi-müdafiə sənayesi ilə bağlı olan 27 Rusiya vətəndaşı və 6 şirkətin adı “qara siyahı”ya salınıb.

Onlar arasında Azərbaycan mənşəli Ceyhun Nəsimi oğlu Aslanovun adı da var. O, ABŞ-da 2016-cı ildə prezident seçkiləri zamanı sosial şəbəkələrdə “troll fabriki” yaratmaqda ittiham olunur. Onunla birlikdə siyahıya daha 12 nəfərin adı daxil edilib.

Ceyhun Aslanovun ABŞ-dakı bank hesabları dondurulacaq. Onun bu ölkəyə viza alması və yerli şirkətlərlə hər hansı biznes, yaxud şəxsi münasibətlər qurması da qadağan ediləcək.

28 yaşlı Ceyhun Aslanovun 2000-ci illərin sonlarında İrkutskdan Sankt-Peterburqa gəldiyi və Hirdometeorologiya Universitetində təhsil aldığı məlumdur. Onun sonradan menecer kimi özəl şirkətlərdən birində çalışdığı xəbər verilir.

Xəbər 3311 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək

22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı


BÜTÜN XƏBƏRLƏR +