“ADY Əmlak“ MMC-nin direktoru vəzifəsindən azad edilib
Texniki baxışla bağlı yeni qərar
Şəmkirdə bir ayın əsgəri həyatını itirdi
Azərbaycanda təhsil jurnalistikasına ehtiyac artır - Ekspert
Əsgərin ölümünə görə həbs edilən zabitlər azadlığa buraxıldılar
Sabahın hava proqnozu açıqlanıb
Tarixi hamamdan qanunsuz istifadənin qarşısı alınıb
“Formula 1”ə görə bəzi məktəblərdə tədris onlayn olacaq
Netanyahu məsuliyyətə cəlb olunsun - Əl Tani
“Habertürk” və “Show TV”yə həbs qoyuldu


02.05.2018  17:11 

Nazirlik idarə rəisini CƏRİMƏLƏDİ





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Bakı şəhərində “Ətraf mühitin mühafizəsi haqqında” qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.
Nazirlikdən XəzərNews.az-a verilən məlumata görə, reyd zamanı Qaradağ rayonu Buta gölünün ətrafında qeyri-qanuni tullantıların qalaqlanması faktı aşkar olunub.

Araşdırma zamanı ərazinin təmizliyinə cavabdeh şəxs Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin Sanitar Kommunal Təmizliyi İdarəsinin rəisi Arif Teymurov barəsində protokol tərtib edilib.

O, İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə olunub.

Xəbər 2845 dəfə oxunub.




11.09.2025  12:47 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +