Rusiya spikeri ciddi ürək problemi yaşayır
İki qatar relsdən çıxıb: Ölənlər var
İlham Əliyev Xocavənd rayonunun Sos kəndində olub -FOTOLAR
Ərə veriləcəyi deyilən azyaşlının nənəsi danışdı - Video
Papa ad günün qeyd edir
Təyyarə qəzası baş verib...-Ölən və yaralananlar var
Estoniyadan bu ölkəyə MİLYONLUQ YARDIM
Daha bir general həbs edildi
Tanınmış həkim Sankt-Peterburqda boğulub
Bakının bu qəsəbəsində meyxanaya pis baxılır? - VİDEO


11.05.2022  10:25 

14 il əvvəl itkin düşən qız niyə tapılmır?





A+  A-

14 il öncə Azərbaycanda itkin düşən qız hələ də tapılmayıb.

XəzərNews.az xəbər verir ki, bu barədə jurnalist Elnarə Məmmədova öz feysbuk səhifəsində paylaşım edib. O bildirib ki, Laura adlı xalası nəvəsi 15-16 yaşlarında Şəmkirin Dəllər Cəyir kəndində itkin düşüb. Axtarışlara baxmayaraq, onu tapmaq mümkün olmayıb:

“Oxumaq istəyirdi, amma xalamın dar düşüncəli oğulları qıza imkan vermədi. Lauranın rəfiqəlik etdiyi qızın anası insan alverinə görə məhkum olunmuşdu. Sonuncu dəfə evdən bezəndə Laura rəfiqəsinin evinə getdi və bir daha geri qayıtmadı. O vaxtı televiziyada işləyirdim, axtarış haqqında elanı efirdə də verdik. Şəmkir polisinə, DİN-ə özüm dəfələrlə məktub yazdım. Rəfiqəsinin ailəsini, insan alveriylə məhkum olunan birini heç kim istintaqa cəlb etmədi. Xalam bildirdi ki, o qadın nəvəsini çox ehtimal kiməsə satıb. Amma polis barmağını belə qaldırmadı. Bir gün dedilər Sumqayıtda fahişələrin işlədiyi yerdə görüblər. Lauranın şəklini götürüb xalamla Sumqayıtda bütün barları, fahişəxanaları gəzdim. Qızı tapa bilmədik. Otaqlara girib fahişə kimi işləyən qadınlara da baxmağa icazə vermədilər. Qız 18 yaşına çatmadığı üçün xaricə çıxarıldığını da yoxlaya bilmədik. Dedilər çox ehtimal adını dəyişib yeni pasport alıblar. Xalam illər əvvəl Laura deyə-deyə öldü. Nə DİN, nə Şəmkir polisi barmağını qaldırdı o qızı tapmaq üçün”.

Qeyd edək ki, bir neçə gün öncə jurnalist Aytən Məmmədova Tovuzda itkin düşən, daha sonra öldürüldüyü deyilən Nərmin Quliyevanın məhkəməsindən yazdığı üçün hədələnmişdi. Elnarə Məmmədova da yuxarıdakı fikirlərini məhz bu situasiyaya görə yazdığını bildirib: “Əminəm ki, Lauranın itməsini ört-basdır edənlər Tovuzdakı qızın da axırına çıxıblar. Və bu ört-basdırı edənlər balaca adamlar deyil. Allah bilir yazıq qızlar indi hardadır? Nə əzab çəkirlər?!”

Xəbər 9532 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.09.2025  14:42 

Papa ad günün qeyd edir

14.09.2025  13:37 

Putin Dmitri Medvedyevi təltif edib

14.09.2025  13:26 

Sabahın havası açıqlandı

14.09.2025  13:17 

Kiyevdə neft anbarı partladıldı

14.09.2025  13:05 

Daha bir general həbs edildi

12.09.2025  20:52 

Türkiyədə meşə yanğınları


BÜTÜN XƏBƏRLƏR +