Tanınmış həkim Sankt-Peterburqda boğulub
Bakının bu qəsəbəsində meyxanaya pis baxılır? - VİDEO
Geri çağırılan səfirin katibəsindən uşağı var - Foto
AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya
NATO “Şərq gözətçisi“ əməliyyatına başlayacaq
Bəybala Xankişiyevə “stop“ qoyuldu -FOTO
Sergey Neçayev Almaniya XİN-ə çağırılıb
Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro
“Boeing 737 “ sərnişin təyyarəsi təcili eniş edib
Gürcüstanda buna yol verilməyəcək - Kobaxidze


16.02.2021  16:12 

Faiq Ağayevə də vaksin vuruldu





A+  A-

Xalq artisti Faiq Ağayev peyvənd olunduğunu açıqlayıb.
XəzərNews.az xəbər verir ki, bu barədə o, feysbuk sosial şəbəkəsində paylaşım edib.

Sənətçi yanvarın 21-də 1-ci dozanın tətbiq edildiyini, 2-ci doza üçün yenidən həkimlərə üz tutacağını qeyd edib:

“Uşaq bağçaları, məktəblər, ali təhsil ocaqları açıldıqca, ümid yaranır ki, tez bir zamanda digər məhdudiyyətlər də aradan qaldırılacaq.

Bu dəfəsində hər şey artıq özümüzdən asılıdır. Arzumuza çatmaq, səhhətimizi qorumaq üçün peyvənd olunmaq gərəkdir.

Yaxın günlərdə “Sinovac”ın 2-ci dozasını etdirmək üçün yenə də həkimlərə üz tutacağam. Bununla həm özümü, həm də ətrafdakıları yoluxmadan qoruyacağam.

Siz də özünüz, sevdikləriniz, xalqımızın ümumi sağlam gələcəyi naminə canınızın qədrinə qalın, lütfən.

Peyvənd olunub, salamat yaşayın, əzizlərim!”.

Qeyd edək ki, 49 yaşlı F. Ağayev hansı şərtlə vaksin olunması barədə məlumat verməyib.

Bir müddət əvvəl Xalq artisti Röya Ayxanın da peyvənd olunması, sənətçinin yaş tələbinə cavab verməməsi müzakirələrə səbəb olmuşdu.

Səhiyyə Nazirliyi məsələ ilə bağlı açıqlamasında bildirmişdi ki, sənətçi özəl klinikalardan birinin rəsmi işçisi olduğundan peyvəndlənmədə iştirak edib.

Xəbər 4313 dəfə oxunub.




12.09.2025  20:52 

Türkiyədə meşə yanğınları


BÜTÜN XƏBƏRLƏR +