Tanınmış həkim Sankt-Peterburqda boğulub
Bakının bu qəsəbəsində meyxanaya pis baxılır? - VİDEO
Geri çağırılan səfirin katibəsindən uşağı var - Foto
AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya
NATO “Şərq gözətçisi“ əməliyyatına başlayacaq
Bəybala Xankişiyevə “stop“ qoyuldu -FOTO
Sergey Neçayev Almaniya XİN-ə çağırılıb
Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro
“Boeing 737 “ sərnişin təyyarəsi təcili eniş edib
Gürcüstanda buna yol verilməyəcək - Kobaxidze


03.06.2019  19:46 

“Ermənistanın açdığı snayper atəşi danışıqlar prosesinə zərbə vurub”





A+  A-

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
XəzərNews.az XİN-ə istinadən xəbər verir ki, Toivo Klaar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və faydalı fikir mübadiləsinin aparıldığını qeyd edib.

Nazir Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesinin cari vəziyyəti, o cümlədən xarici işlər nazirlərinin Moskva görüşü haqqında məlumat verib. Daha sonra Nazir Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə səfəri zamanı Ermənistan tərəfinin törətdiyi növbəti təxribatı və Azərbaycan hərbi qulluqçusunun Ermənistan silahlı qüvvələrinin açdığı snayper atəşi nəticəsində şəhid olduğunu qarşı tərəfin diqqətinə çatdırıb və bu qanlı əməllərin danışıqlar prosesinə zərbə vurduğunu qeyd edib. Xarici işlər nazirləri səviyyəsində növbəti görüşə razılığın əldə olunduğunu, eyni zamanda reallıqların dəyişilməz olaraq qaldığını söyləyən Nazir, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxmalı olduğunu və bölgənin gələcək inkişafı üçün digər alternativin mövcud olmadığını vurğulayıb.

Öz növbəsində, Toivo Klaar danışıqların mahiyyətinin önəm kəsb etdiyini təsdiqləyib və Avropa İttifaqının əhalinin sülhə hazırlanması istiqamətində töhfə verməyə hazır olduğunu qeyd edib.

Xəbər 2823 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.09.2025  20:52 

Türkiyədə meşə yanğınları


BÜTÜN XƏBƏRLƏR +